AZS ISO/IEC 17025:2020 standartı tələblərinə uyğun olaraq laboratoriyada iş proseslərini icra edir və sənədləşdirir.
İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin etmək üçün laboratoriyada ASTM, ISO standart metodlarına əsasən analizləri aparır və uyğunluğunu müəyyənləşdirir.
Aparılan sınaq işlərinin nəticələrinə dair gündəlik, aylıq, illik hesabatlılığını tərtib edir. Aparılan analizlər üzrə lazımi hesabatları hazırlayır.
Laboratoriya avadanlıqlarının, cihaz və qurğularının təmiz, saz vəziyyətdə saxlanması, onların kimyəvi təhlillərin aparılmasını hazırlayır.
Analiz-cihaz təlimat və şərtnamələrinin hazırlanmasını təmin edir.
Cihazları İstismar Təlimatlarına uyğun idarə edilməsi, kalibrlənməmiş və ya qüsurlu cihazlardan istifadə edilməməsini təmin edir və analiz hesabatlarını kalibrləmə hesabatlarına əsasən qiymətləndirir.
İstifadə olunan laboratoriya təhlil üsullarının təkmilləşdirilməsi və yeni üsulların işlənib hazırlanması təşkil edir. Analiz nəticələrə əsasən jurnalda qeydlər aparır.
Kimyəvi məhlulların, reaktivlərin hazırlanması, xüsusi istifadə qaydalarına əməl olunmasını təmin edir və istifadə müddətinə nəzarət edir.
Kimya məhsulların istehsal problemlərini araşdırır, səbəblərin təhlil edilməsində və həll yollarını təyin edilməsində iştirak edir.
Xammalların analiz edilməsi və qiymətləndirilməsi işlərini həyata keçirir
Tələblər
ISO/IEC 17025:2020 Əsas Təlim üzrə biliklərə sahib olması.
Ən azı 4 illik bakalavr dərəcəsi (Kimya və ya Kimya mühəndisliyi fakültəsi).
“MS Office” proqramlar toplusundan sərbəst istifadə.
Sağlamlıq vəziyyəti laboratoriyada işləmək üçün əlverişli olması.