AzRose MMC
Ana səhifə
/
/
/
Mühasib (Qəbələ)

Mühasib (Qəbələ)

  • AzRose MMC
  • Qəbələ rayon, Vəndam qəsəbəsi
  • Tam ştat

Bu gün

6

Təsvir

  • Vergi və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
  • Debitor və kreditor borclarının uçotunun aparılması, onlara nəzarət və təhlil edilməsi;
  • Təhtəlhesab (avans) qalıqlarına nəzarət;
  • Bank əməliyyatlarının işlənməsi və uçotunun aparılması;
  • E-qaimə və e-vergi hesab-fakturalarının hazırlanması və göndərilməsi;
  • Müştəri və təchizatçılarla üzləşmə aktlarının hazırlanması;
  • Mühasibat hesablarının yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması;
  • Mühasibat sənədlərinin rəsmiləşdirilməsi, saxlanılması və arxivləşdirilməsi;
  • Mühasibat əməliyyatlarının ERP sistemində düzgün əks etdirilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər mühasibatlıq tapşırıqlarının icrası.

Tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və Audit, Menecment ixtisasları);
  • Mühasibatlıq sahəsində 1-3 il iş təcrübəsi (istehsalat təcrübəsinə üstünlük verilir);
  • 1C (ERP) və MS Excel proqramları ilə işləmə bacarığı;
  • Mühasibatlıq və vergi qanunvericiliyi üzrə baza bilikləri;
  • Analitik düşünmə, detallara diqqət və məsuliyyətlilik;
  • Komanda ilə iş və kommersiya sirrinin qorunması;


İş yeri

Qəbələ rayon, Vəndam qəsəbəsi

Qəbələ və yaxın rayonlardan daxil olan CV-lər nəzərdən keçiriləcək.

Vakansiya haqqında

Son tarix

August 21, 2026

Paylaşılıb

iyul 22, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

career-levels.undefined

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Könüllü tibbi sığorta
  • Servis ximdəti
  • Təlim dəstəyi