Dünən
12
Xaçmaz rayonunun Xudat şəhərində yerləşən Food City Kompleks Laboratoriyasının Fitosanitar bölməsinə “Virusoloq (bioloq)” vəzifəsinə işçi axtarılır.
Vəzifə öhdəlikləri:
• Bitki və bitkiçilik məhsullarında PZR analizinin aparılması, zərərli orqanizmlərin növ mənsubiyyətinin təyin edilməsi;
• Reaktivlərin və məhlulların hazırlanması, uyğun şəraitdə saxlanılmasına nəzarət;
• Yeni müayinə metodlarının tətbiqi və verifikasiyasının həyata keçirilməsi;
• Öz işi barədə aktların, aylıq və illik hesabatların hazırlanması;
• Cihazların performans yoxlanışlarının aparılması;
• Beynəlxalq səriştəlilik sınaqlarında iştirak;
• Cihazların və avadanlıqların baxımı;
• Analiz nəticələrinin işlənilməsi;
• Təlimat, plan və formaların hazırlanması.
İş qrafiki: Bazar ertəsi – Cümə günləri, 09:00–18:00
Qeyd: Namizədlər ilkin olaraq Bakı şəhərində yerləşən müvafiq laboratoriyada 3 aylıq təlim müddətini və Xudat şəhərində 3 aylıq sınaq müddətini başa vurduqdan sonra işlə təmin ediləcək. Əmək haqqı NET 950 AZN nəzərdə tutulmuşdur (6 aylıq təlim və sınaq müddətində əmək haqqının 50%-i ödənilir).
Tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Virusoloq” qeydini edərək [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər:
• Biologiya və əlaqəli ixtisaslar üzrə ali təhsil;
• Sahə üzrə iş təcrübəsi tələb olunmur;
• Xudat şəhəri və ətraf bölgələrdə yaşayan namizədlərə üstünlük verilir.
Son tarix
January 15, 2026
Paylaşılıb
dekabr 16, 2025
Vakansiya növü
Tam ştat