A
Ana səhifə
/
/
/
Müştəri Dəyərinin İdarə Edilməsi üzrə Mütəxəssis – Data Analitika yönümlü

Müştəri Dəyərinin İdarə Edilməsi üzrə Mütəxəssis – Data Analitika yönümlü

11-12-2025

32

Təsvir

Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!


Vəzifə öhdəlikləri :


  • Təqdim edilmiş taktiki plana əsasən Müştəri Dəyərinin İdarə Edilməsi (CVM) bölməsinin əməliyyat planının hazırlanması və icrası;
  • Müştəri itkisini (churn) minimuma endirmək, müştəri sədaqətini artırmaq və upsell və cross-sell alətləri vasitəsilə gəlirləri yüksəltmək məqsədilə proaktiv tədbirlərin hazırlanması və həyata keçirilməsi;
  • Xam məlumatların emalı, ətraflı analiz üçün uyğun formata salınması, eləcə də ad hoc və daimi hesabat tələblərinin müəyyən edilməsi;
  • Müştəri bazasının davamlı və aktual seqmentasiyasının aparılması və hər bir seqment üçün onların profillərinə uyğun optimal təkliflərin hazırlanması;
  • Əl əməyinə əsaslanan proseslərin avtomatlaşdırılması imkanlarının araşdırılması və tətbiq üçün ən yaxşı təcrübələrin təklif edilməsi;
  • CVM portfeli üzrə müştəri şikayətləri, texniki nasazlıqlar və digər problemlər barədə məlumatlı olmaq üçün aidiyyəti tərəflərlə əlaqənin saxlanılması və bu məsələlərin vaxtında, keyfiyyətli şəkildə həll edilməsi;
  • Təkliflərin hazırlanması və kampaniyaların idarə olunması ilə bağlı bütün zəruri proseslərdə iştirak edilməsi, tapşırıqların vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsi;
  • Təşkilatın və CVM təşəbbüslərinin əsas fəaliyyət göstəricilərinin (KPI) gündəlik əsasda izlənilməsi, proaktiv və reaktiv tədbirlərin görülməsi.

Tələblər

Tələblər :


  • Biznes analitikası, data analitikası və ya oxşar sahələrdə minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil (biznes analitikası və ya data analitikası üzrə təhsil üstünlükdür);
  • Azərbaycan dili – sərbəst səviyyədə, İngilis dili – işgüzar səviyyədə;
  • Mütləq tələblər: MS Office, Python, SQL bilikləri;
  • Üstünlükdür: MS Power BI bilikləri.

Vakansiya haqqında

Son tarix

January 20, 2026

Paylaşılıb

декабрь 11, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik