Aztelekom MMC
Ana səhifə
/
/
/
Keyfiyyət üzrə şöbə müdiri

Keyfiyyət üzrə şöbə müdiri

08-12-2025

358

Təsvir

"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!



Səni hansı missiya gözləyir?


  • Keyfiyyət İdarəetmə Sisteminin (KİS) qurulması, tətbiq edilməsi və davamlı inkişafının təmin edilməsi.
  • ISO 9001 və digər müvafiq standartlara uyğun prosedurların hazırlanması və icrasına nəzarət.
  • Keyfiyyət siyasəti və məqsədlərinin müəyyən edilməsi və yerinə yetirilməsinin izlənməsi.
  • Keyfiyyət risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması.
  • İşçilər üçün keyfiyyət üzrə təlim və maarifləndirmə proqramlarının təşkili.
  • Keyfiyyət göstəricilərinin təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim olunması.
  • İstehsalat, satınalma, logistika və digər şöbələrlə koordinasiyanın həyata keçirilməsi.
  • Daxili və xarici auditlərin planlaşdırılması, keçirilməsi və nəticələr üzrə tədbirlərin hazırlanması.
  • Uyğunsuzluqların aradan qaldırılması, düzəldici və qabaqlayıcı tədbirlərin icrasına nəzarət.
  • ISO 9001, ISO 14001 və ISO 45001 üzrə sertifikatlaşma prosesinə hazırlığın təmin edilməsi.
  • Keyfiyyətlə bağlı normativ sənədlərin (siyasət, qaydalar, təlimatlar) hazırlanması və tətbiqinə nəzarət.
  • Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətinə rəhbərlik və komanda inkişafının dəstəklənməsi.

Tələblər

Səndən gözlədiklərimiz:


  • Mühəndislik, idarəetmə və ya keyfiyyət sahəsi üzrə ali təhsil.
  • Keyfiyyət idarəetməsi sahəsində minimum 10 il peşəkar iş təcrübəsi.
  • ISO 9001 üzrə Lead Auditor sertifikatı və real audit təcrübəsi.
  • ISO üzrə daxili auditor və/və ya Keyfiyyət Meneceri sertifikatları — üstünlük.
  • Excel daxil olmaqla ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı və analitik hesabat hazırlamaq qabiliyyəti.
  • Azərbaycan dili — sərbəst; ingilis dili biliyi — üstünlük veriləcək.
  • Keyfiyyət üzrə siyasət, prosedur və digər sənədlərin hazırlanması bacarığı.
  • Güclü analitik düşüncə, operativ qərarvermə və problem həll etmə bacarığı.
  • Yüksək diqqət, məsuliyyət və prosedurlara ciddi riayət etmə.
  • Auditlərin planlaşdırılması, keçirilməsi və nəticələrin izlənməsi bacarığı.
  • Proseslərin analizi, ölçülməsi və davamlı yaxşılaşdırma metodologiyaları üzrə biliklər.
  • Liderlik, koordinasiya və komanda idarəetməsi üzrə güclü bacarıqlar.

Vakansiya haqqında

Son tarix

December 29, 2025

Paylaşılıb

dekabr 8, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə