Aztelekom MMC
Ana səhifə
/
/
/
Brend və reklam üzrə aparıcı mütəxəssis

Brend və reklam üzrə aparıcı mütəxəssis

25-04-2024

517

Təsvir

  • Şirkət üçün yeni marketinq imkanlarını, kanallarını müəyyənləşdirmək və reklam təşəbbüslərini həyata keçirmək
  • Yeni məhsullar üçün marketinq ünsiyyət planlarını yaratmaq və həyata keçirmək: məhsul mövqeyinin, adlandırılmasının, mesajının və uyğun reklam materiallarının yaradılmasını idarə etmək
  • Şirkət məhsulları və təkliflərini hədəf auditoriyasına təqdim etmək üçün müəyyən edilmiş müddət ərzində marketinq ünsiyyət materiallarını hazırlamaq və fərqli kampaniyalar üçün tədbirlər təşkil etmək
  • Kampaniyaların effektivliyini ölçmək və hədəfləri təyin etmək
  • Məlumatların brend qaydalarına uyğun olmasını və hər yerdə eyni üslubda təqdim olunmasını təmin etmək
  • Reklam materialları üçün cəlbedici və təsirli reklam mətnlərini səhvsiz, aydın və qısa şəkildə Azərbaycan, İngilis və Rus dillərində yaratmaq
  • Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün dəqiq və aydın briflər hazırlamaq
  • İstənilən nəticələrə nail olmaq üçün agentliklər, tərəfdaşlar, daxili maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək
  • Tərəfdaş şirkətlərə ödənişlərin vaxtında həyata keçirilməsini idarə etmək
  • OOH, SM və digər kanallarda məlumatların günlük, aylıq və rüblük monitorinqini həyata keçirmək


Tələblər

  • Biznes, Maliyyə, Marketinq, Kommersiya sahələrindən biri üzrə ali təhsil
  • Brend və ya reklam işi sahəsində ən azı 3 il iş təcrübəsi (Telekommunikasiya və reklam agentliyi üzrə iş təcrübəsi üstünlük hesab olunur)
  • Azərbaycan, Rus və İngilis dili mükəmməl səviyyədə (mətnlərin hər 3 dildə yaradılması vacib olduğundan, dil bilikləri olan namizədlərə üstünlük veriləcəkdir)
  • MS Office proqramları üzrə biliklər
  • Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
  • Vendorlarla işləmə bacarığı
  • Təşkilatçılıq bacarığı
  • Vaxtın düzgün idarə olunması bacarığı
  • Eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
  • Təzyiq altında işləmə bacarığı
  • Tapşırıqların idarə olunması üzrə alət və proqramlardan istifadə (Trello);
  • Böyük müştəri bazası ilə işləmə
  • Yeni məlumatları tez qəbuletmə, dəyişikliklərə və çətinliklərə uyğunlaşma bacarığı
  • Partnyorlar ilə əməkdaşlıq etmə bacarığı
  • Təşəbbüskarlıq və yaradıcılıq
  • Yeni trendlərdən xəbərdar olmaq
  • ·Agile iş şəraitində təcrübəyə üstünlük verilir


Vakansiya haqqında

Son tarix

iyun 4, 2024

Paylaşılıb

aprel 25, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Marketinq və PR