Aztelekom MMC
Ana səhifə
/
/
/
Energetika üzrə mütəxəssis

Energetika üzrə mütəxəssis

  • Aztelekom MMC
  • CR35+28C, 187 Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

11-06-2026

52

Təsvir

  • Aztelekom və Rabitə Xidməti Mərkəzləri (RXM) üzrə elektrik sayğaclarının göstəricilərinin mütəmadi yoxlanılmasını, uçotunun aparılmasını və elektrik enerjisi sərfiyyatına nəzarəti təmin etmək;
  • Elektrik enerjisi üzrə hesab-fakturaların vaxtında ödənilməsinə nəzarət etmək və bununla bağlı zəruri tədbirləri həyata keçirmək;
  • Fəaliyyəti dayandırılmış obyektlər və filiallar üzrə elektrik sayğaclarının ləğv edilməsi işlərini təşkil etmək;
  • Yeni istifadəyə verilən obyektlər və filiallar üçün elektrik sayğaclarının alınması, quraşdırılması və istismara verilməsi proseslərini icra etmək;
  • Subabonentlər üzrə müvafiq aktları tərtib etmək, enerji sərfiyyatının uçotunu aparmaq və ödənişlərin düzgünlüyünə nəzarət etmək;
  • Akkumulyatorların texniki vəziyyətini ölçü cihazları vasitəsilə yoxlamaq, nəticələri sənədləşdirmək və aşkar edilmiş nasazlıqlar barədə məlumat vermək;
  • Elektrik qidalandırıcı qurğuların (EQQ), generatorların, transformatorların, UPS, stabilizator, düzləndirici və akkumulyator sistemlərinin quraşdırılması, istismarı, texniki xidməti və nasazlıqlarının aradan qaldırılması işlərini həyata keçirmək;
  • Aztelekom və RXM-lərdə istismar olunan enerji təchizatı avadanlıqlarının etibarlı və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə profilaktik və texniki tədbirlər görmək;
  • Enerji təchizatı sistemlərində baş verən qəza hallarının operativ şəkildə aradan qaldırılmasını təmin etmək;
  • Görülmüş işlər və enerji sərfiyyatı üzrə hesabatlar hazırlamaq və aidiyyəti struktur bölmələrə təqdim etmək;
  • Elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və texniki istismar qaydalarına riayət etmək.

Tələblər

  • Energetika sahəsi üzrə ali təhsil (bakalavr dərəcəsi);
  • Energetika və ya enerji təchizatı sistemlərinin istismarı sahəsində minimum 1 il iş təcrübəsi;
  • Elektrik şəbəkələrinin layihə-smeta sənədlərinin və texniki planlarının hazırlanması üzrə biliklər;
  • AC (transformatorlar, UPS, stabilizatorlar və s.) və DC (düzləndiricilər, akkumulyator sistemləri və s.) enerji təchizatı sistemləri üzrə bilik və praktiki təcrübə;
  • MS Office və Outlook proqramlarından sərbəst istifadə bacarığı;
  • AutoCAD proqramında elektrik sxemlərinin hazırlanması bacarığı (üstünlükdür).

Vakansiya haqqında

Son tarix

July 11, 2026

Paylaşılıb

iyun 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik