"Aztelekom" olaraq Azərbaycanın hər nöqtəsində həyatlara toxunur, rəqəmsal gələcəyi inşa edirik. Komandamıza qoşul və bu gələcəyin bir hissəsi ol!
Səni hansı missiya gözləyir?
- Aylıq, rüblük və yarımillik maliyyə hesabatlarını hazırlayıb, şirkətin maliyyə vəziyyəti barədə məlumatları təqdim etmək.
- Hesabatların beynəlxalq maliyyə hesabatı standartlarına (IFRS) uyğunluğunu və dəqiqliyini təmin etmək.
- Xarici audit komandası ilə effektiv əməkdaşlıq etmək və onlara dəstək göstərmək.
- ERP sistemindən maliyyə məlumatlarını yükləyərək, beynəlxalq mühasibat standartlarına və qanunvericilik tələblərinə uyğun hesabatların monitorinqi və düzəlişlərini həyata keçirmək.
- Maliyyə göstəricilərini analiz edib, hər hansı fərqliliklərin səbəblərini aydınlaşdırmaq.
- Rəhbərlik üçün maliyyə məlumatlarının analizini aparmaq və hesabatlar hazırlamaq.