Aztelekom MMC
Ana səhifə
/
/
/
İnsan resursları üzrə aparıcı mütəxəssis

İnsan resursları üzrə aparıcı mütəxəssis

  • Aztelekom MMC
  • İbrahimpaşa Dadaşov, Bakı, Binəqədi,
  • Tam ştat

29-10-2024

1.3K

Təsvir

  • Strukturda yeni fəaliyyətə başlayan üzvlərin adaptasiya prosesinə dəstək vermək;
  • Xidmət göstərdiyi funksiyaların əməkdaşlarının karyera inkişafı prosesinin (şaquli və üfüqi yerdəyişmə) təşkil etmək;
  • Kadr kargüzarlığı və işə qəbul prosesini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və qanunvericiliyinə, həmçinin cəmiyyətin daxili prosedurlarına uyğun şəkildə, yenilikləri nəzərə alaraq icra etmək;
  • Namizəd məlumat bazasını daim yeniləmək və dəyişiklikləri vaxtında daxil etmək;
  • Kadr uçotu və kadr kargüzarlığı ilə bağlı sənədləri (əmək kitabçaları, məzuniyyət uçotu, ezamiyyət uçotu, əmrlər, xəstəlik vərəqələri) icraya yönləndirmək;
  • Aylıq davamiyyətlərin idarə olunmasını, tabellərin toplanmasını və baş ofisə təqdim olunmasını təmin etmək;
  • Müddəti bitmiş sənədləri müvafiq qaydada arxivə təhvil vermək;
  • İşə yeni qəbul olunmuş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərini təlimata uyğun yığmaq və zəruri dəyişiklikləri daxil etmək;
  • İşçi heyətindən insan resursları sahəsi ilə bağlı daxil olan sualları araşdırmaq, icra etmək və cavablandırmaq;
  • Əmək intizamı məsələlərində iştirak etmək (araşdırma işlərində iştirak etmək, izahatların alınması, aktların hazırlanması və s.);
  • Cəmiyyətdə sənəd, eləcə də elektron sənəd dövriyyəsinin qanunvericiliyin və şirkətdaxili təlimatların tələblərinə uyğun olaraq təşkilini həyata keçirmək;
  • Bayram və qeyri-iş günlərində əlavə işə cəlb olunan əməkdaşların məlumatlarını toplamaq və baş ofisə təqdim etmək;
  • İşləri planlaşdırmaq və prioritetləşdirmək;
  • Xidmət göstərdiyi strukturda heyəti ilə dövri görüşlər keçirmək, İR proses və layihələrinin gedişatını icra etmək, biznesin tələblərinə uyğun İR həllərini razılaşdırmaq.

Tələblər

  • Ali Təhsil;
  • İnsan Resursları sahəsi üzrə azı 2 il əmək stajına malik olmalıdır;
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini yaxşı bilməlidir;
  • Müasir İnsan Resursları trendlərini bilməlidir;
  • Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır;
  • Kadr kargüzarlığına aid olan sənədlərin tərtib etmə bacarığına malik olmalıdır;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri tərtib etmə bacarığına malik olmalıdır;
  • Kompüter bilikləri üzrə : MS Office və Outlook proqramlarını bilməlidir;
  • Güclü ünsiyyət bacarığına və analitik düşünmə qabiliyyətinə sahib olmalıdır.

Vakansiya haqqında

Son tarix

dekabr 8, 2024

Paylaşılıb

oktyabr 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə