Hədəf auditoriyanın maraqlarına və şirkətin marketinq məqsədlərinə uyğun kontent strategiyalarının hazırlanması və həyata keçirilməsi;
Veb-sayt, bloq, sosial media, video və digər rəqəmsal platformalar üçün kreativ və cəlbedici məzmunun hazırlanması;
Reklam mətnlərinin və sloqanların yazılması, redaktə edilməsi, həmçinin rus və ingilis dillərinə adaptasiyası;
SEO tələblərinə uyğun mətnlərin, bloq yazılarının və digər rəqəmsal məzmunun hazırlanması;
Şirkətin veb-saytının mövcud kontentinin təhlil edilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
Kontentin vizual və məzmun baxımından effektivliyini təmin etmək məqsədilə dizayn komandası ilə sıx əməkdaşlıq edilməsi;
Rəqiblərin rəqəmsal platformalardakı fəaliyyətinin və kontent strategiyalarının təhlil edilməsi;
Kontent təqviminin (Content Calendar) hazırlanması və mütəmadi idarə olunması, məzmunun müvafiq platformalarda vaxtında paylaşılmasının təmin edilməsi;
Kontent trendlərinin, auditoriya ehtiyaclarının və yeni texnoloji həllərin izlənilməsi, onların kontent proseslərinə tətbiqi;
Hazırlanan məzmunun Azərbaycan dilinin orfoqrafik, qrammatik və üslub normalarına uyğunluğunun təmin edilməsi.
Tələblər
Ali təhsil;
Kopiraytinq, kontent yaradılması və ya rəqəmsal marketinq sahəsində (korporativ mühitdə və ya reklam agentliyində) minimum 3 il iş təcrübəsi;
CMS platformaları ilə işləmək bacarığı;
Microsoft Office proqramları və SEO alətləri (Semrush və s.) ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst və yüksək səviyyədə yazı və ünsiyyət bacarığı;
İngilis dili – əla, rus dili – yaxşı səviyyədə;
Süni intellekt alətlərindən kontent yaradılması və optimallaşdırılması məqsədilə effektiv istifadə bacarığı;
Güclü yazılı kommunikasiya, kreativ yanaşma və mətn redaktəsi bacarıqları;
Analitik düşünmə, araşdırma və məlumatları təhlil etmə qabiliyyəti;
Operativlik, dəqiqlik, məsuliyyətlilik və yüksək icraçılıq bacarığı;
Komanda ilə işləmək və müxtəlif funksional istiqamətlərlə effektiv əməkdaşlıq etmək bacarığı;
Rəqəmsal texnologiyalar və kontent sahəsində yeniliklərdən xəbərdar olmaq üstünlükdür.