Aztelekom MMC

Mühasib

26-04-2024

1.5K

Təsvir

  • Uçotu “Mühasibat Uçotu” üzrə Qaydalara, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla həyata keçirmək
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Proseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak etmək
  • Filial tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında düzgün əks etdirmək 
  • Filialın təsərrüfat fəaliyyətində material, əmək və maliyyə rejiminə ciddi riayət etmək
  • Mühasibat hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək
  • Daxil olan pul vəsaitlərini mühasibat uçotu hesablarında əks etdirmək
  • Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfat daxili ehtiyyatların aşkara çıxarılması məqsədilə mühasibat uçotu və hesabat məlumatları üzrə Filialın maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilini təmin etmək
  • Sahəsinə aid olan Məcəllələr, Qərarlar və digər zəruri iş alətləri üzrə yeniliklər barədə daim məlumatlı olmaq
  •  Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək


Tələblər

  • Ali və ya orta ixtisas (maliyyə üzrə) təhsil
  • “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını bilmək
  • Mühasibat sahəsinə aid olan sənədlərin tərtib etmə bacarıqlarına malik olmaq
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri düzgün istifadə etmək
  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi, Azərbaycan Respublikasının Konstitusiyası üzrə baza biliklərə malik olmaq
  • Kompüter bilikləri üzrə: MS Office (xüsusilə MS Excel), mühasibat proqramlarından istifadə etmə bacarığı

Vakansiya haqqında

Son tarix

iyun 27, 2024

Paylaşılıb

aprel 26, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə