Aztelekom MMC
Ana səhifə
/
/
/
SƏTƏMM üzrə aparıcı mütəxəssis

SƏTƏMM üzrə aparıcı mütəxəssis

18-11-2024

714

Təsvir

  • SƏTƏMM üzrə aparıcı mütəxəssisin əsas vəzifəsi müəssisədə qəzaların, peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmiş hüquqi, təşkilati-texniki, sanitariya-gigiyenik, sosial-iqtisadi və profilaktik tədbirlərin icrasının təşkilidir.
  • Fəaliyətini SƏTƏMM Qaydalarına, eyni zamanda Azərbaycan Respublikasının aidiyyati Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır.
  • Səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların və sahə standartlarının tərtibatında iştirak edir.
  • “Aztelekom” MMC-nin struktur bölmələrinə cavabdeh şəxslər tərəfindən öz iş sahalərində işləyən işçilərinin giriş təlimatının, iş yerində təlimatların aparılmasına və jurnalda qeyd edilməsinə nəzarət edir.
  • Əməyin mühafizəsi ilə əlaqədar sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə nəzarət edir və lazımi tövsiyələr verir.
  • “Aztelekom” MMC-də quraşdırılmış cıhaz və avadalıqların istismarında təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir.
  • İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına nəzarət edir.
  • “Aztelekom” MMC-in işçilərinə əməyin təhlükəsizliyi üzrə təlimlər keçirir.
  • Regional filiallarda əmək qanunvericiliyinə və əməyin təhlükəsizliyi və yanğın təhlükəsizliyi tələblərinə riayət edilməsinə nəzarət edir.
  • Istehsalat travmatizminin, peşəkar xəstəliklərinin və istehsalat amilləri ilə şərtlənən xəstəliklərin vəziyyətinin və səbəblərinin uçotu və təhlili aparır.
  • Bölmələrə təhlükəli və zərərli istehsalat amillərinin parametrlərinin ölçülməsinin təşkilində və aparılmasında, avadanlıqların və cihazların travma təhlükəsizliyinin qiymətləndirilməsində yardım göstərir.
  • Müəssisənin bütün struktur bölmələri ilə işin koordinasiyasını təmin etmək və daim əlaqə saxlamaq.
  • Şöbənin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik işini təhlil edir və müəyyən olunmuş qaydada    şöbə müdirinə hesabat təqdim edir.
  • İldə bir dəfə Şöbəyə aid olan sənədlərin auditini təşkil edir.


Tələblər

  • Ali-texniki təhsilə üstünlük verilir.
  • Sahəsi üzrə ən azı 5 il təcrübəsi olmalıdır.
  • Azərbaycan dilini mükəmməl bilməlidir, İngilis və Rus dilləri arzuolunandır.
  • SƏTƏMM üzrə qaydaları mükəmməl bilməlidir.
  • Mövcud qaydalara uyğun sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı olmalıdır.
  • Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.
  • Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.
  • Kreativ düşüncəli olmalıdır.
  • Kompyuter bilikləri üzrə: MS Office, Excel, Pover Point və Outlook programlarını mükəmməl bilməlidir.
  • SƏTƏMM üzrə dövlət normativ tələbləri.
  • Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş əməyin mühafizəsi sahəsində beynəlxalq müqavilələr.
  • SƏTƏMM sahəsində milli və dövlətlərarası standartlar.
  • Peşəkar risklərin aşkarlanması, qiymətləndirilməsi və idarə edilməsi metodları.
  • Təşkilatın istehsal və təşkilati strukturu, əsas texnoloji proseslər və istehsal rejimləri.
  • Tətbiq olunan avadanlıqların növləri və onun istismar qaydaları.
  • İş yerlərində əmək şəraitinin öyrənilməsi metodları.


Vakansiya haqqında

Son tarix

dekabr 17, 2024

Paylaşılıb

noyabr 18, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər