Biz komandamıza telekommunikasiya şəbəkələrinin dayanıqlığını, performansını və inkişafını təmin edəcək təcrübəli Voice/IMS sistemləri üzrə Baş Mühəndis axtarırıq. Bu rol IMS və səs platformalarının idarə olunması, beynəlxalq səs marşrutlaşdırılması, şəbəkə optimallaşdırılması və kritik insidentlərin idarə olunması istiqamətində strateji və texniki məsuliyyət daşıyır.
- IMS platformalarının stabil və yüksək performansla işləməsinin təmin edilməsi
- Şəbəkə performans göstəricilərinin (CDR, ASR, ACD, PDD və s.) monitorinqi və təhlili
- SIP, SS7 və digər siqnallaşma problemlərinin analizi və aradan qaldırılması
- Kritik insidentlərin idarə olunması və nasazlıqların operativ həlli
- Sistem yenilənmələri və yeni texnologiyaların (VoIP, VoLTE və s.) inteqrasiyasında iştirak
- Beynəlxalq səs marşrutlaşdırılmasının optimallaşdırılması və trafik idarəetməsi
- Fraud halların aşkarlanması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi
- Şəbəkə əməliyyatlarının avtomatlaşdırılması və monitorinq sistemlərinin inkişaf etdirilməsi
- Vendor və beynəlxalq operatorlarla texniki koordinasiyanın təmin edilməsi
- Junior mühəndislərə texniki dəstək və mentorluq göstərilməsi