Baku Holiday Travel
Ana səhifə
/
/
/
Müştəri Xidmətləri üzrə Mütəxəssis (Call Center)

Müştəri Xidmətləri üzrə Mütəxəssis (Call Center)

Bu gün

14

Təsvir

Əgər səbirli ünsiyyət, aydın danışıq və müştərinin sualına dəqiq cavab tapmaq sizin güclü tərəfinizdirsə, sizi komandamıza qoşulmağa dəvət edirik.


Vəzifə öhdəlikləri

  • Daxil olan zənglərin, mesajların və müştəri müraciətlərinin vaxtında cavablandırılması
  • Müştərilərin tur paketləri, aviabiletlər, viza, transfer və digər xidmətlərlə bağlı ilkin məlumatlandırılması
  • Müraciətlərin aidiyyəti üzrə düzgün şöbə və əməkdaşlara yönləndirilməsi
  • Buraxılmış zənglər üzrə müştərilərlə geri əlaqənin yaradılması
  • Müştəri məlumatlarının və müraciətlərin CRM sisteminə düzgün daxil edilməsi
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin qorunması
  • Sorğu və şikayətləri vaxtında həll etmək, lazım olduqda aidiyyəti şöbəyə yönləndirmək
  • Günlük müraciətlərin izlənilməsi və rəhbərliyə müvafiq məlumatların təqdim edilməsi

Tələblər

  • Ali təhsil (turizm, menecment və ya digər əlaqəli sahələr üzrə təhsil almış namizədlərə üstünlük veriləcək)
  • Call Center sahəsində minimum 2 il iş təcrübəsi
  • CRM sistemləri ilə iş təcrübəsi
  • Azərbaycan və rus dillərində səlis ünsiyyət (ingilis dili üstünlükdür)
  • Omnichannel kanallar (telefon, e-mail, WhatsApp/messenger və s) üzrə iş təcrübəsi
  • Aydın diksiya və peşəkar ünsiyyət bacarığı
  • Müştəri yönümlü yanaşma və stresli vəziyyətlərdə düzgün davranış bacarığı
  • Komandada işləmək və operativ qərarvermə bacarığı
  • Kompüter və ofis proqramları ilə işləmə bacarığı



Biz nə təklif edirik?

  • Dinamik və peşəkar iş mühiti
  • Turizm sektorunda maraqlı və yaradıcı layihələr üzərində işləmək imkanı
  • Peşəkar inkişaf və davamlı öyrənmə imkanları
  • Kreativ ideyaların dəstəkləndiyi və qiymətləndirildiyi komanda mühiti



Vakansiya haqqında

Son tarix

August 1, 2026

Paylaşılıb

iyul 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

İaşə, Turizm və Otel