Əgər SEO sahəsində təcrübəniz, axtarış sistemlərinin iş prinsipləri üzrə bilikləriniz və vebsaytların orqanik görünürlüğünü artırmaq bacarığınız varsa, sizi komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri
- Şirkətin SEO strategiyasının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş fəaliyyət planının icrasını təmin etmək
- Vebsayt və landing page-lərin SEO auditini aparmaq, inkişaf və optimizasiya imkanlarını müəyyənləşdirmək
- On-page, off-page və technical SEO fəaliyyətlərini həyata keçirmək, saytın axtarış sistemləri üçün optimallaşdırılmasını təmin etmək
- Açar söz araşdırmaları aparmaq, semantik analizlər həyata keçirmək və nəticələri məzmun strategiyasına inteqrasiya etmək
- Meta məlumatların, URL strukturunun, daxili linkləmənin və digər SEO elementlərinin optimallaşdırılmasını təmin etmək
- Backlink strategiyasını formalaşdırmaq, link profilini mütəmadi analiz etmək və inkişaf etdirmək
- Saytın indekslənməsi, performansı, istifadəçi təcrübəsi və yüklənmə sürətinə təsir edən texniki problemləri müəyyən etmək və həll prosesini koordinasiya etmək
- SEO tələblərinin tətbiqi məqsədilə developer, dizayn və kontent komandaları ilə sıx əməkdaşlıq etmək
- Rəqib analizləri aparmaq, bazardakı SEO imkanlarını müəyyənləşdirmək və rəqəmsal marketinq fəaliyyətlərinin effektivliyinin artırılmasına dəstək olmaq
- Google Analytics, Google Search Console, Semrush və digər analitik alətlər vasitəsilə SEO göstəricilərini izləmək, təhlil etmək və müvafiq hesabatlar hazırlamaq
- SEO sahəsindəki yenilikləri, alqoritm dəyişikliklərini və bazar trendlərini izləyərək fəaliyyətlərin müasir tələblərə uyğunlaşdırılmasını təmin etmək