Elektrik layihələrinin hazırlanmasına və icrasına nəzarət etmək;
Elektrik yüklərinin və məsafəyə uyğun olaraq elektrik kabellərinin en kəsiyinin hesablanmasını aparmaq;
Avadanlıqların elektrikə dair sxem və detallarını anlamaq;
Elektrik dövrələrinin qurulması və sınaqdan keçirilməsini təmin etmək;
Elektrik avadanlıqlarında baş verən nasazlıqları müəyyən etmək və aradan qaldırmaq;
Konstruktor sənədlərinin tərtib olunması üzrə müvafiq standartların tələblərini bilmək;
Transformatorların sarğıları, maqnit nüvə sisteminin quruluşu və yağ çənlərinin (soyutma sistemlərinin) konstruksiyası barədə biliklərə malik olmaq;
Yarımstansiyaların paylayıcı qurğularının ümumi quruluşunu və sxemlərini bilmək;
Paylayıcı qurğular və onların elementləri — açarlar, ayırıcılar, ölçü transformatorları, rele mühafizə sistemləri və s. haqqında ətraflı məlumatlı olmaq;
Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.
Tələblər
Namizədə tələblər:
Ali təhsil (elektrik və ya elektroenergetika mühəndisliyi ixtisası üzrə);
Elektrik mühəndisliyi sahəsində minimum 1 il iş təcrübəsi (daha çox təcrübəyə malik olan namizədlərə üstünlük verilir);
Rus və ingilis dillərini bilmə bacarığı arzuolunandır;
Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
Normativ və texniki sənədlərlə işləmək bacarığı.
Digər məlumatlar:
İş yeri: Baku Steel Company, “Azərboru” İstehsalat Sahəsi, Sumqayıt şəhəri.