Baku Steel Company
Ana səhifə
/
/
/
Hazır Məhsul Anbarının rəisi

Hazır Məhsul Anbarının rəisi

Bu gün

13

Təsvir

  • Hazır məhsulların anbara qəbulu, düzgün yerləşdirilməsi, saxlanması, uçotu və göndərilməsi proseslərini idarə etmək;
  • Müxtəlif ölçü, polad markası, standart və məhsul kodlarına uyğun boruların düzgün identifikasiyasını, çeşidlənməsini və ayrı saxlanmasını təmin etmək;
  • Məhsulların Accepted, Hold, Rejected, Rework, Released və digər keyfiyyət statuslarına uyğun idarə olunmasına nəzarət etmək;
  • Heat number, batch/lot number, pipe number, material grade və digər izlənəbilənlik məlumatlarının düzgün idarə edilməsini təmin etmək;
  • Məhsulların MTC, inspection report, packing/loading list və digər müvafiq sənədlərlə uyğunluğuna nəzarət etmək;
  • Boruların təhlükəsiz saxlanmasını, daşınmasını və yüklənməsini təşkil etmək;
  • Müştəri sifarişlərinə uyğun məhsulların düzgün seçilməsi və yüklənməsini təmin etmək;
  • Faktiki anbar qalığı ilə sistem məlumatlarının uyğunluğuna nəzarət etmək və inventarizasiya proseslərini təşkil etmək;
  • Anbar əməkdaşlarının iş bölgüsünü və növbəli iş rejimini planlaşdırmaq.

Tələblər

  • Polad boru istehsalı, metallurgiya və ya oxşar istehsalat sahəsində 3–5 il iş təcrübəsi üstünlükdür;
  • Hazır məhsul və ya metal məhsullar anbarının idarə edilməsində rəhbər vəzifə təcrübəsi;
  • SAP MM/WM/EWM modulları ilə iş təcrübəsi üstünlükdür;
  • API 5L, API 5CT, EN, GOST/ISO və digər müvafiq standartlar barədə bilik;
  • Boruların texniki parametrlərini – diametr, divar qalınlığı, uzunluq, polad markası, möhkəmlik sinfi və s. – başa düşmək;
  • MS Excel-də Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər məlumat analizi funksiyaları ilə işləmək;
  • İşçi heyətinin idarə edilməsi və iş bölgüsünün planlaşdırılması üzrə təcrübə;
  • Kran və digər yükqaldırıcı vasitələrlə əməliyyatların təşkili və təhlükəsizlik tələbləri üzrə bilik;
  • Azərbaycan dili – əla; rus və ingilis dilləri – yaxşı səviyyədə;
  • Texniki sənədləri və standartları ingilis və/və ya rus dilində oxuma bacarığı üstünlükdür.
  • SAP ERP sistemində anbar və material uçotu əməliyyatları üzrə praktiki iş təcrübəsi;
  • Material Master, Material Number, Batch, Storage Location və Plant anlayışları üzrə bilik;
  • Goods Receipt (GR), Goods Issue (GI), stock transfer və transfer posting əməliyyatlarını bilmək;
  • Məhsulların SAP-də qəbul, yerdəyişmə, bloklama və buraxılma proseslərini idarə etmək;
  • Quality Inspection, Unrestricted və Blocked stock statusları ilə işləmək;
  • Faktiki anbar qalığı ilə SAP qalığı arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq;
  • SAP stok hesabatlarından istifadə etmək və anbar üzrə gündəlik, həftəlik və aylıq məlumatları hazırlamaq.


İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi

Vakansiya haqqında

Son tarix

October 28, 2026

Paylaşılıb

sentyabr 28, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;