Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
Müqavilələrə və əlavələrinə hüquqi rəylərin verilməsi;
Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
Nizamnamə və ona əlavələrin, şirkətin struktur bölmələrinin əsasnamələrinin və digər korporativ sənədlərin hazırlanması, nəzərdən keçirilib rəy verilməsi;
Tələblər
Təhsil: Ali (Hüquq üzrə bakalavr və ya magistr dərəcəsi) ;
Xarici dil bilikləri: İngilis dili səlis, Rus dili arzuolunandır;
Təcrübə: Hüquq sahəsində minimum 1 il ;
Komputer bilikləri: MS Office proqramlarında peşəkar işləyə bilmək bacarığı;
Şəxsi keyfiyyətlər: Mükəmməl analitik düşüncə və güclü ünsiyyət bacarıqları;
Qərarları dəqiq vermək bacarığı;
Ə𝒍𝒂𝒗ə 𝒎ə𝒍𝒖𝒎𝒂𝒕𝒍𝒂𝒓:
İş qrafiki: 5 günlük iş həftəsi;
İş yeri: Bakı şəh., Mir Cəlal küç., 15 (Dərnəgül);