Baku Steel Company
Ana səhifə
/
/
/
İnsan resursları əməliyyatları üzrə mütəxəssis

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

17-02-2025

2.1K

Təsvir

  • Əmək qanunvericiliynə əsasən işə qəbul, işdən azad və vəzifə dəyişikliklərinin müvafiq sənədləşmələrini etmək və "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) üzrə əməliyyatları həyata keçirmək;
  • İntizam xətaları ilə bağlı müraciətləri araşdırmaq, nəticələndirmək və qanunvericiliyə müvafiq olaraq olaraq müəyyən edilmiş qaydada rəsmiləşdirmək;
  • Davamiyyət, məzuniyyət, ezamiyyət digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
  • Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək;
  • Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət etmək və təmin etmək;
  • Əmək haqqı kartlarını sifariş etmək;
  • Sorğu edilən və lazım olan arayışları hazırlamaq;
  • Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək.

Tələblər

  • Ali təhsil: İnsan Resursları, Menecment, İqtisadiyyat və əlaqəli sahələr;
  • Minimum 3 il İR əməliyyatları sahəsində iş təcrübəsi (istehsalat sahəsində təcrübənin olması əlavə üstünlükdür);
  • İR ilə bağlı beynəlxalq sertifikat(lar)ın olması üstünlükdür;
  • Azərbaycan dili - səlis, ingilis dili - yaxşı (əlavə üstünlükdür), rus dili - yaxşı;
  • Kommunikasiyaya açıq və komanda oyunçusu;
  • Detallarla işləmə və təhliletmə;
  • İntizamlı, operativ, diqqətli, səliqəli və dəqiq;
  • Keyfiyyət və həll yönümlü.

Vakansiya haqqında

Son tarix

March 17, 2025

Paylaşılıb

fevral 17, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə