Baku Steel Company
Ana səhifə
/
/
/
İnsan Resursları üzrə mütəxəssis

İnsan Resursları üzrə mütəxəssis

Bu gün

9

Təsvir

İşin qısa təsviri


İş vaxtının uçotu üzrə mütəxəssis şirkətdə çalışan əməkdaşların gündəlik davamiyyətinə nəzarət edir, iş vaxtının uçotunun düzgün aparılmasını təmin edir, müvafiq sənədləri formalaşdırır və məlumatları 1C sistemində qeydiyyata alaraq hesabatların hazırlanmasını həyata keçirir.


Əsas vəzifə və məsuliyyətlər


  • İşçilərin gündəlik davamiyyətinə nəzarət etmək və iş vaxtının uçotunu aparmaq;
  • Tabel sənədlərini düzgün və vaxtında formalaşdırmaq;
  • Struktur bölmələrdən daxil olan iş qrafikləri və növbətçilik cədvəllərini qəbul etmək və məlumatları 1C proqramına daxil etmək;
  • İşçilərin giriş-çıxış saatlarını yoxlamaq və sistemdə müvafiq yeniləmələr aparmaq;
  • İşçilərin işdə olmamasını təsdiq edən sənədləri (xəstəlik vərəqələri, xəstəyə qulluq arayışları və digər əsaslandırıcı sənədlər) yoxlamaq və qeydiyyata almaq;
  • Müvafiq məlumatları 1C sisteminə daxil etmək və tabeldə qeydlər aparmaq;
  • İşçilərin işə çıxmaması ilə bağlı səbəbləri araşdırmaq və gündəlik/aylıq hesabatlar hazırlamaq;
  • Struktur bölməyə daxil olan müraciətləri qeydiyyata almaq, aidiyyəti üzrə yönləndirmək və icrasına nəzarət etmək;
  • Elektron davamiyyət sistemlərinin məlumatlarını yoxlamaq və uyğunsuzluqları aradan qaldırmaq;
  • İş prosesində əldə olunan şəxsi və xidməti məlumatların məxfiliyini qorumaq;
  • Rəhbərlik tərəfindən verilən və İnsan Resursları üzrə daxili normativ sənədlərə uyğun digər tapşırıqları icra etmək.

Tələblər

Təhsil

  • Ali təhsil

İş təcrübəsi

  • Müvafiq sahə üzrə minimum 1–2 il iş təcrübəsi

Dil bilikləri

  • Azərbaycan dili – sərbəst
  • Rus və ingilis dilləri – arzuolunandır

Texniki biliklər

  • MS Office proqramları (xüsusilə Excel və Outlook);
  • 1C proqramı ilə işləmə bacarığı;
  • AR Əmək Qanunvericiliyi üzrə biliklər;
  • İş vaxtının uçotu, qrafiklər və normalar üzrə bilik.

Şəxsi keyfiyyətlər

  • Dəqiqlik və məsuliyyətlilik;
  • Detallara diqqət və sənədlərlə işləmə bacarığı;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı.

Vakansiya haqqında

Son tarix

April 30, 2026

Paylaşılıb

mart 31, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;