Baku Steel Company
Ana səhifə
/
/
/
İstehsalatın planlanması şöbəsi - mütəxəssis

İstehsalatın planlanması şöbəsi - mütəxəssis

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

Dünən

261

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • İstehsalatın texnoloji proseslərinin təşkili və rəhbərliyini həyata keçirmək, məhsulun keyfiyyətinin yaxşılaşdırılmasına və təsdiq olunmuş texnologiyanın icrasına nəzarət etmək;
  • Müəssisədə istehsalat tapşırıqlarının hazırlanması, yeni texnika və texnologiyaların tətbiqi, eləcə də yeni növ məhsulların istehsalına dair tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
  • İstehsalat sexləri ilə birlikdə texnoloji təlimatların, texniki şərtlərin, xammal və materialların sərf normalarının hazırlanması və yerinə yetirilməsinə nəzarət etmək;
  • Standartlaşdırma və sertifikasiya proseslərini təşkil etmək, müəssisədə qüvvədə olan standart və texniki şərtlərin tətbiqinə nəzarət etmək;
  • Yeni tikilən istehsalat sahələrinin, qurğuların və texniki vasitələrin istismara verilməsi, mövcud istehsal sahələrinin genişləndirilməsi və inkişafı ilə bağlı işlərdə iştirak etmək;
  • Texnoloji avadanlıqlarda baş verən qəzaların araşdırılmasında və onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
  • Zay və keyfiyyətsiz məhsul istehsalının səbəblərini araşdırmaq, Keyfiyyətə Nəzarət Şöbəsi və istehsalat sexləri ilə birlikdə məhsulun keyfiyyətinin artırılması və istehsalat itkilərinin azaldılması üçün tədbirlər hazırlamaq və onların icrasına nəzarət etmək;
  • Müəssisənin sex və şöbələrində texnoloji təlimatların, texniki şərtlərin yerinə yetirilməsinə, yeni texnika və texnologiyaların, qabaqcıl təcrübənin və elmi-tədqiqat tövsiyələrinin tətbiqinə nəzarət etmək;
  • İstehsalat Departamentinin qarşısında qoyulmuş vəzifə və funksiyaların icrası üçün zəruri sənədləri müvafiq struktur bölmələrindən tələb etmək;
  • Sex rəhbərliyi tərəfindən normativ sənədlərin tələblərinin pozulması, keyfiyyətsiz məhsul istehsalı və xammal/materialların izafi sərfi hallarını araşdırmaq və bununla bağlı rəhbərliyə tədbir görülməsi üçün təkliflər vermək;
  • İstehsalat sexləri və xidmət sahələrində fərqlənmiş işçilərin mükafatlandırılması ilə bağlı təkliflər hazırlamaq.


Tələblər

Tələblər:

  • Ali təhsil;
  • Minimum 1 il iş təcrübəsi (istehsalat sahəsində təcrübəyə üstünlük verilir);
  • ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi) standartı barədə ümumi məlumatlı olmaq;
  • İşdə dəqiqlik və detallara diqqət yetirmə bacarığı;
  • Yaxşı ünsiyyət qurmaq, rabitə və komanda ilə işləmək bacarığı.

Digər məlumatlar:

İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.

Vakansiya haqqında

Son tarix

August 1, 2025

Paylaşılıb

iyun 22, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə