İşin qısa təsviri
Kabel xətlərinin və kabel sonluğu qurğularının istismar-texniki xidmətində, kabel sistemlərinin saz və təhlükəsiz vəziyyətdə saxlanılmasında, həmçinin yaranmış nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması işlərində iştirak etmək.
Əsas vəzifə və öhdəliklər
- Kabel xətlərinin və kabel sonluğu qurğularının istismar-texniki xidmətində iştirak etmək;
- Kabel xətlərinin texniki vəziyyətinə baxış keçirmək, aşkar edilmiş nasazlıq və qüsurlar barədə məlumat vermək;
- Kabel xətlərində cari təmir, bərpa və profilaktik xidmət işlərini yerinə yetirmək;
- Kabel birləşmələrinin, sonluqlarının və əlaqəli elementlərin yoxlanılması və saz vəziyyətdə saxlanılmasında iştirak etmək;
- Nasaz kabel və əlaqəli elementlərin dəyişdirilməsi, təmiri və bərpası işlərində iştirak etmək;
- Kabellərin mexaniki üsulla çəkilməsi və montaj işlərini yerinə yetirmək;
- Texniki xidmət və təmir zamanı müvafiq alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə etmək;
- İşlərin görülməsi zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək.