Baku Steel Company
Ana səhifə
/
/
/
Maliyyə hesabatlılığı üzrə Menecer

Maliyyə hesabatlılığı üzrə Menecer

Bu gün

4

Təsvir

Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik etmək, maliyyə hesabatlılığı və audit proseslərinə tam sahiblik etmək və komandanın effektiv fəaliyyətini təmin etmək.


Öhdəliklər və məsuliyyətlər

  • Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik etmək;
  • Konsolidə edilmiş maliyyə hesabatlarının IFRS tələblərinə uyğun hazırlanmasını təmin etmək;
  • Maliyyə hesabatlarının düzgünlüyünə, keyfiyyətinə və vaxtında təqdim edilməsinə nəzarət etmək;
  • Aylıq və illik bağlanış proseslərini koordinasiya etmək;
  • Konsolidasiya, intercompany reconciliation və müvafiq düzəliş proseslərinə nəzarət etmək;
  • Xarici və daxili audit prosesinə rəhbərlik etmək və auditorlarla koordinasiyanı təmin etmək;
  • Maliyyə nəticələrinin və əhəmiyyətli variasiyaların təhlilini təmin etmək;
  • Maliyyə hesabatlılığı proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
  • Komandanın işini təşkil etmək, fəaliyyətini izləmək və inkişafını təmin etmək.


Tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə hesabatlılığı sahəsində minimum 5 il iş təcrübəsi;
  • Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
  • IFRS üzrə güclü bilik və praktiki təcrübə;
  • Maliyyə hesabatlılığı və bağlanış proseslərinin idarə olunması üzrə təcrübə;
  • Xarici və daxili audit proseslərinin koordinasiyası üzrə təcrübə;
  • Komanda idarəetməsi və liderlik təcrübəsi;
  • Azərbaycan dili – yüksək səviyyədə;
  • İngilis dili – yaxşı səviyyədə;
  • Rus dili – arzuolunandır;
  • ACCA / CIMA / CPA sertifikasiyası;
  • SAP FI/CO üzrə praktiki təcrübə üstünlükdür;
  • İstehsalat müəssisəsində maliyyə hesabatlılığı təcrübəsi üstünlükdür.


Peşəkar bacarıqlar

  • IFRS və konsolidə edilmiş maliyyə hesabatlılığı;
  • Konsolidasiya və intercompany reconciliation;
  • Closing və audit proseslərinin idarə edilməsi;
  • Maliyyə məlumatlarının analitik təhlili;
  • Komanda və proseslərin idarə edilməsi.


Vakansiya haqqında

Son tarix

October 22, 2026

Paylaşılıb

sentyabr 22, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar təminatı
  • Rəqabətli əmək haqqı;
  • Korporativ nömrə