Baku Steel Company
Ana səhifə
/
/
/
Metallurq (Sumqayıt şəhəri)

Metallurq (Sumqayıt şəhəri)

  • Baku Steel Company
  • Mir-Cəlal küçəsi, 15 (Dərnəgül), Bakı 1029, Azərbaycan
  • Tam ştat

Dünən

37

Təsvir

Vəzifə öhdəlikləri:

  • Termiki emal avadanlığının işlək vəziyyətdə olmasını təmin etmək (qaz-hava miqdarını düzgün tənzimləməyi bacarmaq);
  • Polad markasına uyğun olaraq termiki emal prosesini seçmək və prosesi ona uyğun tənzimləmək;
  • Fe-C hal diaqramını bilmək və metalın kimyəvi tərkibinə (elementlərin miqdarına) uyğun olaraq sobanın temperaturunu tənzimləməyi bacarmaq;
  • Metallarda faza dəyişmələrini bilmək və termiki emal zamanı arzuolunan strukturların alınmasını təmin etmək;
  • Laboratoriya şəraitində kiçik ölçülü sobalarda rejim təyin etmək və istehsal prosesində onu tətbiq etmək;
  • Tablama, tabəksiltmə və normallaşdırma proseslərini yaxşı bilmək və istehsalatda tətbiq etmək;
  • İstehsalat prosedurlarını, təlimatları və beynəlxalq standartların tələblərini tətbiq etmək;
  • Termiki emal prosesinin sonunda hazır məhsulu analiz edib strukturlar haqqında hesabat vermək;
  • Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək və əmək funksiyalarına əməl etmək.


Tələblər

Namizədə tələblər:

  • Ali təhsil (Metallurgiya və ya Materialşünaslıq üzrə);
  • Termiki emal sahəsində minimum 1 il iş təcrübəsi (daha yüksək təcrübəyə malik namizədlərə üstünlük verilir);
  • Rus və ingilis dillərini bilmək arzuolunandır;
  • Microsoft Office proqramlarında işləmə bacarığı.

Digər məlumatlar:

İş yeri: Baku Steel Company, "Azərboru" İstehsalat Sahəsi, Sumqayıt şəhəri.

Vakansiya haqqında

Son tarix

July 21, 2025

Paylaşılıb

iyun 22, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı