Baku Steel Company
Ana səhifə
/
/
/
Növbə Rəisi ( Sumqayıt şəhəri)

Növbə Rəisi ( Sumqayıt şəhəri)

21-07-2025

342

Təsvir

  • İstehsalat şöbələrində növbənin plan tapşırıqlarının yerinə yetirilməsinə operativ köməklik göstərir və nəzarət edir;
  • İstehsalata hazırlıq mərhələsində əsas istehsal şöbələri arasında əlaqələrin yaradılmasını və lazımi köməklik göstərilməsini operativ təşkil edir;
  • Əsas istehsal sahələrinin elektrik enerjisi, su, təbii qaz və başqa istehsalatda lazım olan mal-materiallarla vaxtında və fasiləsiz təmin olunması üçün operativ göstərişlər verir;
  • Dəmir yolu vaqonlarının və digər nəqliyyat vasitələrinin sexə yükləmə və boşaltma üçün vaxtında verilməsinə nəzarət edir;
  • İstehsal barəsində gündəlik məlumatları toplayır, növbə ərzində istehsal olunan məhsulun dəqiq və vaxtında hesabatını (uçotunu) aparır və rəhbər işçiləri məlumatlandırır;
  • Şöbələrarası daxili daşınmaların yerinə yetirilməsi üçün nəqliyyat sexlərinin işçilərinə tapşırıqlar verir və nəzarət edir;
  • İstehsalat qrafikinə müvafiq olaraq şöbə ustalarına tapşırıq verir, onların işlərini əlaqələndirir, istehsalatda yaranmış texnoloji və nizam-intizam pozuntularının, müxtəlif çatışmazlıqların operativ olaraq aradan qaldırılmasına, növbənin qəbulu və təhvil verilməsinə nəzarət edir;
  • İstehsalat qrafikinin icrası üçün istehsalatın hazırlığını, sahələrdə avadanlıqların tam yüklənməsini, iş yerlərinin lazım olan boru pəstahları, yayma alətləri və ləvazimatları, xammalla təminatını yoxlayır və fasiləsiz iş rejimini təmin edir;
  • Növbənin istehsalat fəaliyyətinin hesabatını aparır, boşdayanmaları və keyfiyyətsiz məhsulun istehsalını yoxlayır və fasiləsiz iş rejimini təmin edir;
  • Növbənin istehsalat fəaliyyətinin hesabatını aparır, boşdayanmalar və keyfiyyətsiz məhsul istehsalının səbəblərini araşdırır, müvafiq tədbirlər görür;
  • Sexin istehsalat sahələrində avadanlıq və mexanizmlərin, qoruyucu çəpərlərin, xəbərdaredici siqnal qurğularının, mühafizə vasitələrinin, nəzarət-ölçü cihazlarının, işıqlandırmanın tələbatlara uyğunluğunu təmin edir;
  • Müəssisə rəhbərliyi tərəfindən təsdiq olunmuş istehsalat planının vaxtında yerinə yetirilməsinə nəzarət edir;
  • Texnoloji prosesə əməl olunmasına nəzarət edir;
  • İstehsal qrafikinin yerinə yetirilməsinə, istehsalda istifadə olunan alət və materialların normaya uyğun işlədilməsinə və saxlanılmasına cavabdehlik daşıyır;
  • Avadanlıqların istehsal prosesinə hazırlığına nəzarət edir;


Tələblər

  • Təhsil: Ali və ya orta texniki (Metallurgiya ixtisası üzrə)
  • Dil bilikləri: Azərbaycan dili - ana dili, rus və ingilis dili arzuolunandır
  • Təcrübə: Sahə üzrə 3 il
  • Keyfiyyətin idarə olunması sistemləri prosedurları, təlimatları və digər tələbləri barədə məlumatlı olması vacibdir


Vakansiya haqqında

Son tarix

August 21, 2025

Paylaşılıb

iyul 21, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı