Baku Steel Company

Soyuq metal kəsicisi

  • Baku Steel Company
  • 15 (Dərnəgül, Mir Cəlal küçəsi, Bakı 1029, Azərbaycan
  • Tam ştat

23-11-2025

295

Təsvir

Soyuq metal kəsicisi yayma məhsulların hazırlanması prosesində armatur və digər məhsulların standartlara, sifariş tələblərinə və texnoloji təlimatlara uyğun kəsilməsini, dəstlənməsini və nişanlanmasını təmin edir. Avadanlıqların sazlığını yoxlayır, kəsici bıçaqların vaxtında dəyişdirilməsinə nəzarət edir, istehsalın dayanmadan və keyfiyyətlə icrasına cavabdeh olur. Paketlərin hazırlanması, nişanlanması, yığışdırılması və təhvil verilməsi də vəzifəyə daxildir. Texniki təhlükəsizlik və daxili nizam-intizam qaydalarına ciddi riayət etməlidir.

Bu vəzifə metallurgiya sahəsində karyerasına başlamaq və istehsalat proseslərini praktik olaraq öyrənmək istəyənlər üçün də yaxşı başlanğıc ola bilər.

Tələblər

  • Orta və ya peşə təhsili (Ali təhsil üstünlükdür)
  • Müvafiq istehsalat sahəsində iş təcrübəsi arzuolunandır
  • Texnoloji təlimatlarla işləmə bacarığı
  • Fiziki dözümlülük və dəyişkən rejimdə işləməyə hazırlıq
  • Dəqiqlik, məsuliyyət və nizam-intizam
  • Avadanlıqların işləmə prinsiplərini qavrama və nasazlığı vaxtında aşkar etmə bacarığı
  • Komandada işləmə bacarığı

Vakansiya haqqında

Son tarix

November 29, 2025

Paylaşılıb

noyabr 23, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Peşə təhsili

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Yemək şirkət tərəfindən verilir;
  • Rəsmi əmək haqqı