Baku Steel Company
Ana səhifə
/
/
/
Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə nəzarətçi (Sumqayıt şəhəri)

Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi üzrə nəzarətçi (Sumqayıt şəhəri)

06-09-2024

1.2K

Bağlanılıb

Təsvir

•         Müəssisənin bütün bölmə və istehsalat sahələrində əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə qüvvədə olan qanunvericiliyin, qayda və normaların, təlimatların, istehsalat sanitariya-gigiyenasının tələblərinə riayət edilməsinə nəzarət edilməsi, aşkarlanmış pozuntularla bağlı icrası məcburi olan xəbərdarlıqların verilməsi. Pozuntuların insanların həyatı və ya ətraf mühit üçün ciddi təhlükə yaratmaq təhlükəsi olarsa müvafiq qaydada işi dayandırılması;

•         Əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi  üçün perspektiv və illik planların layihəsinin hazırlanmasında və həyata keçirilməsində iştirak edilməsi;  

•         İş yerlərində əmək şəraitini öyrənilməsi, daha müasir çəpərləyici texnika, qoruyucu qurğuların və digər mühafizə vasitələrinin tətbiq edilməsində iştirak edilməsi;

•         Avadanlığın texniki vəziyyətinin yoxlanılmasında iştirak edilməsi, onun işin təhlükəsiz aparılması tələblərinə uyğunluğunu təyin edilməsi, lazımi hallarda qəbul edilmiş qaydada istismarının dayandırılması üçün tədbir görülməsi;             

•         Ventilyasiya və aspirasiya sistemlərının effektivliyinə, qoryucu tərtibatların və mühafizə qurğularının vəziyyətinə nəzarəti həyata keçirilməsi;

•         Buxar qazanlarının, sıxılmış qaz tutumlarının və balonlarının nəzarət aparatlarının, kranların, qaldırıcıların və digər avadanlıqların vaxtında sınaqdan keçirilməsinə və yoxlanılmasına, düzgün istifadə edilməsinə, istehsalat səs-küyünün, hava şəraitinin, titrəyişin və i.a. ölçülməsi qrafikinin gözlənilməsinə, dövlət orqanlarının    və özünün verdiyi göstərişlərin yerinə yetirilməsinə nəzarət edilməsi;

•         Yeni tikilən və yenidən qurulan istehsalat obyektlərinin layihələndirilməsində və istismara buraxılmasında iştirak edilməsi;

•         Əməyin mühafizəsi və təhlükəsizlik texnikası məsələləri ilə bağlı bölmələrə metodiki köməkliyin göstərilməsi, təhlükəsizlik texnikası qaydalarının və istehsalat sanitariya-gigiyenasının öyrədilməsini və təbliğini təşkil edilməsi;           

•         Müəssisə işçilərinə, həmçinin istehsalat təcrübəsi keçən tələbələrə və peşə texniki məktəb öyrəncilərinə giriş təlimatın keçirilməsi;

•         Kollektiv müqavilənin əmək şəraitinin yaxşılaşdırılması və işçilərin sağlamlığının möhkəmləndirilməsi bölmələrinin tərtib edilməsində iştirak edilməsi;

•         İş yerlərinin attestasiyasının keçirilməsində iştirak edilməsi, iş şəraitinə görə işçilərə təyin edilmiş güzəşt və kompensasiyaların verilməsinə nəzarət edilməsi;

•         İstehsalat xəsarətlərinin və qəzalarının, peşə xəstəliklərinin təhqiqində iştirak edilməsi, onların baş vermə səbəblərini öyrənilməsi, aradan qaldırılma tədbirlərinin həyata keçirilməsində iştirak edilməsi.

•         Xüsusi geyim,xüsusi ayaqqabı, qoryucu qurğular və FMV-nə tərtib edilmiş sifarişlərin düzgünlüyünü, işçilərə FMV-nin vaxtında verilməsinin yoxlanılması;

•         İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərini yerinə yetirmələrinə,xüsusi geyim, xüsusi ayaqqab və FMV-dən düzgün istifadə etmələrinə nəzarət edilməsi. Onları pozanlar barəsində müvafiq tədbir görülməsi üçün təkliflər verilməsi;                                                                                                                        

•         Günün istənilən vaxtında iş icraçılarının vəsiqələrini və icra sənədlərini yoxlanılması;         

•         Hesabatların hazırlanması;


Tələblər

•         Ali təhsil

•         Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

•         Problemləri həll etmə bacarığı;

•         Təhlil etmə bacarığı;

•         Ünsiyyət qurma bacarığı;

•         MS Office proqramında sərbəst işləyə bilmək bacarığı (EXCEL – yüksək səviyyədə);

•         Vəzifəsi üzrə sertifikat;

Vakansiya haqqında

Son tarix

oktyabr 5, 2024

Paylaşılıb

sentyabr 6, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər