Bank Respublika ASC
Ana səhifə
/
/
/
Büdcə üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Büdcə üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

Bu gün

158

Təsvir

  • Strateji və əməliyyat planlarına uyğun olaraq Bankın illik büdcəsinin hazırlanmasında iştirak;
  • Bankın bütün struktur bölmələrindən toplanmış məlumatlar əsasında Bankın maliyyə təhlilinin aparılması;
  • Bankın büdcə modelinə uyğun olaraq balans, mənfəət-zərər və nağd pulun hərəkəti hesabat üzrə proqnozlarının hazırlanması;
  • Gəlir və xərc mərkəzlərinin fəaliyyətini qiymətləndirmək üçün onların təsdiqlənmiş büdcə üzrə icrasına nəzarətin həyata keçirilməsi;
  • Gəlir və xərc mərkəzlərinin yaradılması üzrə təkliflər hazırlamaq;
  • Büdcə modelinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
  • Büdcənin tərtibi və onun icrası, habelə hesabatlılıq üzrə digər işləri görmək.


Tələblər


  • Ali təhsil (Maliyyə, Mühasibat Uçotu, İqtisadiyyat və ya müvafiq sahədə ali təhsil);
  • Büdcələmə/planlama, maliyyə, təhlil, hesabatlılıq üzrə 2 il iş təcrübəsi;
  • Excel bacarıqları və maliyyə modelləşdirmə və təhlili ilə bağlı təcrübə;
  • Maliyyə uçotu, büdcə və hesabat prosesləri üzrə dərin biliklər;
  • MHBS və digər tənzimləyici tələbləri yaxşı başa düşmək;
  • Maliyyə sertifikatları (ACCA/CİMA/CFA) arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili və İngilis dili;
  • Analitik düşünmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

May 8, 2025

Paylaşılıb

aprel 28, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə