Bank Respublika ASC
Ana səhifə
/
/
/
Mobil tətbiq üzrə məhsul sahibi

Mobil tətbiq üzrə məhsul sahibi

22-11-2024

305

Təsvir


  • Mobil Tətbiqimizi daim bazar trendlərinə, müştəri ehtiyaclarına və rəqabətə davamlı yöndə inkişaf etdirmək. Eyni zamanda, daim müştəri ehtiyaclarına uyğun yeniliklərin tətbiq edilməsinə çalışmaq;
  • Məhsul vizyonunu, yol xəritəsini və böyümə imkanlarını müəyyənləşdirmək;
  • Komanda (analitik, dizayner, tərtibatçı) ilə sıx əməkdaşlıq edərək, məhsuldar və güclü iş mühitini yaradıb, idarə və inkişaf etdirmək;
  • Mobil Tətbiqi əhatə edən bütün proseslərin idarə olunması;
  • Məhsul yol xəritəsini və spesifikasiya tələblərini müəyyənləşdirmək;
  • Mütəmadi olaraq, məhsul üzrə biznes hədəflərin təhlili, istifadəçi aktivliyinin izlənilməsi və artırılması üzrə proqnozların və həllərin verilməsi;
  • Məhsulun ilkin buraxılışlarını və inteqrasiyasını dəstəkləmək;
  • Detallı istifadə hallarını, biznes tələblərini və marketinq tələblərini yaratmaq. 


Tələblər

  • Mobil bankçılıq və ödəniş sistemləri sahələrində Məhsul Sahibi kimi ən azı 3 illik təcrübə;
  • Biznes prioritetləri, müştəri ehtiyacları və bazar barədə güclü anlayışa malik olmaq;
  • Əla ünsiyyət, komandanı idarəetmə və təqdimat bacarıqlarına sahib olmaq;
  • Böyük verilənlər (big data) alətləri ilə işləmək bacarığı;
  • Tətbiq inkişafı prosesi və texnologiyaları barədə sağlam anlayış;
  • Son istifadəçilər üçün həllər yaratmaq və məhsulun bütün həyat dövrü boyunca uğurlu idarə edilməsini təmin etmək təcrübəsi;
  • Analitik bacarıqlar da üstünlük təşkil edəcək, xüsusən verilənlər (Excel, Python, SQL) haqqında anlayış;
  • Mobil tətbiqlərin yaradılması, istifadəyə verilməsi və Mobil tətbiq hazırlayan komandaya rəhbərlik və idarəetmə üzrə təcrübə mütləqdir;
  • Ödəniş sistemləri (kart biznesi) və pərakəndə maliyyə məhsullarının yaradılması üzrə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili yüksək, İngilis və Rus dilləri isə yaxşı səviyyədə olmalıdır. 


Vakansiya haqqında

Son tarix

dekabr 5, 2024

Paylaşılıb

noyabr 22, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə