Birmarket.az

Anbar üzrə Texnik

Dünən

297

Təsvir

  • Baş mühəndisin tapşırıqlarına uyğun olaraq texniki işlərin icrası;
  • Anbarın elektrik sistemlərinin gündəlik yoxlanılması və xırda nasazlıqların aradan qaldırılması;
  • İsitmə, havalandırma və kondisioner (HVAC) sistemlərinin istismarına nəzarət;
  • Avadanlıqların planlı texniki baxış və profilaktik təmir işlərinin həyata keçirilməsi;
  • Anbarda yaranan texniki nasazlıqlar barədə dərhal baş mühəndisə məlumat verilməsi;
  • Xırda təmir-bərpa işlərinin (işıqlandırma, elektrik yuvaları, açarlar, santexnika və s.) yerinə yetirilməsi;
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi;
  • İcra olunan işlər üzrə qısa gündəlik və ya həftəlik hesabatların təqdim edilməsi;
  • Texniki alət və avadanlıqlardan düzgün və təhlükəsiz istifadə edilməsi;
  • Təcili hallarda (elektrik kəsilməsi, avadanlıq nasazlığı və s.) operativ reaksiya verilməsi;
  • Ezamlara hazır olmaq.

Tələblər

  • Ali və ya orta texniki təhsil (elektrik, mexanika, texniki istismar və ya oxşar sahə üzrə);
  • Müvafiq sahə üzrə minimum 1–3 il iş təcrübəsi;
  • Elektrik sistemləri və HVAC üzrə ilkin texniki biliklər;
  • Texniki avadanlıqlarla işləmə bacarığı;
  • Təhlükəsizlik qaydaları haqqında biliklər;
  • Komandada işləmək və verilən tapşırıqları vaxtında icra etmə bacarığı;
  • Fiziki cəhətdən işləmək qabiliyyəti;
  • Məsuliyyətlilik, diqqətlilik və operativlik;
  • Azərbaycan dili – əla (rus dili biliyi üstünlükdür).


Vakansiya haqqında

Son tarix

February 25, 2026

Paylaşılıb

yanvar 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat