Birmarket.az

Baş Mühəndis

Dünən

187

Təsvir

  • Anbarların bütün texniki təsərrüfatına ümumi rəhbərliyin həyata keçirilməsi;
  • Birbaşa tabeliyində olan işçilərin idarə edilməsi, iş bölgüsünün aparılması və nəzarət;
  • Elektrik sistemləri, isitmə, havalandırma və kondisioner (HVAC) sistemlərinin istismarı və texniki vəziyyətinə nəzarət;
  • Cari və planlı təmir-bərpa işlərinin təşkili və icrasına nəzarət;
  • Texniki nasazlıqların operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi;
  • Anbar avadanlıqlarının və mühəndis sistemlərinin fasiləsiz işləməsinin təmin olunması;
  • İllik texniki büdcənin hazırlanması, xərclərin planlaşdırılması və icrasına nəzarət;
  • Texniki xərclərin optimallaşdırılması və qənaət imkanlarının müəyyən edilməsi;
  • Yerli/xarici podratçılar və servis şirkətləri ilə işin təşkili və nəzarəti;
  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Texniki sənədlərin, servis aktlarının və hesabatların hazırlanması;
  • Rəhbərliyə mütəmadi olaraq texniki vəziyyət və xərclərlə bağlı hesabatların təqdim edilməsi.

Tələblər

  • Ali texniki təhsil (elektrik, mexanika, mühəndislik və ya oxşar sahə üzrə);
  • Anbar, istehsalat sahəsi, ticarət mərkəzi və ya oxşar obyektlərdə minimum 5 il iş təcrübəsi;
  • Elektrik sistemləri, HVAC və ümumi texniki istismar sahəsində biliklər;
  • Texniki heyətin idarə edilməsi üzrə təcrübə;
  • Büdcələşdirmə və texniki xərclərin planlaşdırılması bacarığı;
  • Texniki problemlərə sistemli və operativ yanaşma;
  • Liderlik, təşkilatçılıq və ünsiyyət bacarıqları;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Azərbaycan dili – əla (rus dili biliyi üstünlükdür);
  • Məsuliyyətlilik, stressə davamlılıq və qərarvermə bacarığı;
  • Ezamlara açıq olmaq.


Vakansiya haqqında

Son tarix

February 25, 2026

Paylaşılıb

yanvar 16, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat