Birmarket.az
Ana səhifə
/
/
/
İnventarlaşdırma üzrə mütəxəssis

İnventarlaşdırma üzrə mütəxəssis

Bu gün

16

Təsvir

  • Problemlı sifarişlərin faylının işlənməsi (statusları yekun olmayan sifarişlər).
  • Sifarişlərin faktiki yerləşməsi barədə məlumatın müvafiq şöbələrdən alınması.
  • Problemlı sifarişlər və onların statusları, o cümlədən maliyyə məlumatları üzrə hesabatların hazırlanması.
  • Şöbələrdən alınan cavablar əsasında statusların düzəldilməsi.
  • Problemlı sifarişin tarixi üzrə araşdırma aparılması və faktiki məlumatın müəyyən edilməsi.
  • Problemlı sifarişlər üzrə müvafiq şöbələrdən cavabların alınması, ötürülməsi və izlənməsi prosesinin təşkil edilməsi və koordinasiyası.
  • Şöbələr tərəfindən təqdim olunan əlavə fayllar və sifarişlərin yerində araşdırılması (lazım gəldikdə).
  • Görülən işlərin gedişi barədə faktiki məlumat təqdim etmək üçün rəhbərliklə keçirilən görüşlərdə iştirak.
  • Faktiki problemlı halların (keislərin) sayına dair məlumatın təqdim edilməsi.
  • Zərurət yarandıqda sifarişlərin müştəriyə çatdırılması faktının dəqiqləşdirilməsi.
  • Anbar inventarizasiyası zamanı aşkar edilən sifarişlər və uyğunsuzluqların araşdırılmasına yardım.
  • Sifarişlərin araşdırılması zamanı texniki problemlərin müəyyən edilməsi və onların IT şöbəsinə ötürülməsi.
  • Anbarın inventarizasiyası, problemlı sifarişlərin sayının hesablanması və onların kateqoriyalara bölünməsi (utilizasiya, outlet).

Tələblər

  • Ali və ya orta ixtisas təhsili.
  • Anbar, logistika üzrə minimum 1 il iş təcrübəsi.
  • Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.
  • Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.
  • MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
  • Analitik düşünmə və detallara diqqət.
  • Problem həll etmə bacarığı.
  • Azərbaycan dili – sərbəst.
  • Məsuliyyətlilik və operativlik.
  • Komandada işləmək bacarığı.
  • Stressə davamlılıq.


Vakansiya haqqında

Son tarix

April 2, 2026

Paylaşılıb

mart 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat