Brain Solutions MMC
Ana səhifə
/
/
/
İnsan Resursları şöbə müdiri

İnsan Resursları şöbə müdiri

Bu gün

69

Təsvir

Brain Solutions şirkəti telekommunikasiya başda olmaqla müxtəlif sənayelər üçün qabaqcıl, yüksək səmərəli texnoloji həllər təqdim edən aparıcı innovasiya mərkəzidir. Müştərilərə fərdiləşdirilmiş, miqyaslana bilən və biznes nəticələrinə fokuslanan rəqəmsal həllər təqdim etməklə, texnologiyanı strateji üstünlüyə çeviririk.

Şirkət haqqında


Brain Solutions texnoloji həllər və konsaltinq sahəsində lider kimi çıxış edərək, xüsusilə telekommunikasiya seqmentində rəqəmsal transformasiyanı sürətləndirən tətbiqlər hazırlayır. Missiyamız müxtəlif sənaye sahələrində fəaliyyət göstərən tərəfdaşlarımızın unikal ehtiyaclarına uyğun, yüksək keyfiyyətli və fərdiləşdirilmiş texnoloji həllər təqdim etməkdir.


İnnovasiya və səmərəliliyi mərkəzə alan yanaşmamız çərçivəsində, kompleks biznes tələblərini ölçülə bilən nəticələrə çevirən etibarlı texnoloji tərəfdaş kimi fəaliyyət göstəririk.


Şirkətimizin insan kapitalının effektiv idarə olunmasını təmin etmək məqsədilə İnsan Resursları şöbə müdiri axtarırıq. Bu vəzifə işə qəbul, HR əməliyyatları, performansın idarə edilməsi, eləcə də təlim və inkişaf proseslərinə rəhbərliyi əhatə edir.


Əsas vəzifə və öhdəliklər


🔸 İşə qəbul və kadr planlaması


Şirkətin biznes ehtiyaclarına uyğun kadr tələbatının müəyyənləşdirilməsi;


Vakansiyaların hazırlanması, yerləşdirilməsi və namizədlərin seçimi;


Müsahibə və seçim proseslərinin idarə olunması;


Yeni işçilər üçün adaptasiya (onboarding) prosesinin təşkili.


🔸 HR əməliyyatları


Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam proseslərinin icrası;


HR sənədləşməsinin və şəxsi işlərin aparılması;


Məzuniyyətlər, iş vaxtı uçotu və digər inzibati HR proseslərinin idarə edilməsi;


Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsi.


🔸 Performansın idarə edilməsi


Performans qiymətləndirmə sisteminin (KPI/OKR) qurulması və tətbiqi;


Dövri performans dəyərləndirmələrinin təşkili;


Mükafatlandırma və motivasiya mexanizmlərinin hazırlanması;


Aşağı performans üzrə inkişaf planlarının hazırlanması.


🔸 Təlim və inkişaf


Təlim ehtiyaclarının müəyyənləşdirilməsi;


İllik təlim və inkişaf planının hazırlanması və icrası;


Daxili və xarici təlimlərin təşkili;


İşçilərin peşəkar və liderlik bacarıqlarının inkişafı.

Tələblər

İnsan Resursları, Biznesin İdarə Edilməsi, Hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;


HR sahəsində minimum 5 il, rəhbər vəzifədə ən azı 2 il iş təcrübəsi;


Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək;


Güclü liderlik, ünsiyyət və analitik düşünmə bacarıqları;


Nəticəyönümlü və strateji yanaşma;


Azərbaycan dili – səlis, rus və ingilis dilləri üstünlükdür.


Təklif etdiklərimiz


Rəqabətədavamlı əməkhaqqı paketi💸


Oyun zonası daxil olmaqla rahat istirahət və əməkdaşlıq məkanları🤾‍♂️

Peşəkar inkişaf və sertifikasiya proqramları üçün maliyyə dəstəyi💰


Əhatəli tibbi sığorta paketi👩‍⚕

Müntəzəm komanda quruculuğu və korporativ tədbirlər🏆


Ayda iki əlavə istirahət günü ilə iş və şəxsi həyat balansını dəstəkləyən iş rejimi😌

Vakansiya haqqında

Son tarix

March 5, 2026

Paylaşılıb

yanvar 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə