Brain Solutions MMC
Ana səhifə
/
/
/
Məhsul sahibi (Product Owner)

Məhsul sahibi (Product Owner)

Dünən

225

Təsvir

Brain Solutions şirkəti telekommunikasiya başda olmaqla müxtəlif sənayelər üçün qabaqcıl, yüksək səmərəli texnoloji həllər təqdim edən aparıcı innovasiya mərkəzidir. Müştərilərə fərdiləşdirilmiş, miqyaslana bilən və biznes nəticələrinə fokuslanan rəqəmsal həllər təqdim etməklə, texnologiyanı strateji üstünlüyə çeviririk.

Şirkət haqqında


Brain Solutions texnoloji həllər və konsaltinq sahəsində lider kimi çıxış edərək, xüsusilə telekommunikasiya seqmentində rəqəmsal transformasiyanı sürətləndirən tətbiqlər hazırlayır. Missiyamız müxtəlif sənaye sahələrində fəaliyyət göstərən tərəfdaşlarımızın unikal ehtiyaclarına uyğun, yüksək keyfiyyətli və fərdiləşdirilmiş texnoloji həllər təqdim etməkdir.


İnnovasiya və səmərəliliyi mərkəzə alan yanaşmamız çərçivəsində, kompleks biznes tələblərini ölçülə bilən nəticələrə çevirən etibarlı texnoloji tərəfdaş kimi fəaliyyət göstəririk.



Vəzifə öhdəlikləri:


✅Məhsulun vizyonunun və roadmap-in formalaşdırılması


✅Biznes və texniki tələblərin toplanması, analiz edilməsi və prioritetləşdirilməsi


✅Product Backlog-un yaradılması, idarə olunması və optimallaşdırılması


✅Agile/Scrum mərasimlərində aktiv iştirak (Sprint Planning, Daily, Review, Retrospective)


✅İstifadəçi hekayələrinin (User Stories) və qəbul meyarlarının (Acceptance Criteria) yazılması


✅Texniki komanda ilə sıx əməkdaşlıq edərək funksionallıqların düzgün icrasına nəzarət


✅Hazırlanan funksionallıqların test edilməsi və qəbul edilməsi (UAT)


✅Məhsul performansının ölçülməsi və davamlı təkmilləşdirilməsi

Tələblər

Texniki biliklər daxil olmaqla:


✅Veb və mobil tətbiqlərin işləmə prinsipləri barədə anlayış


✅API-lər (REST/JSON) və sistemlərarası inteqrasiyalar üzrə əsas biliklər


✅Verilənlər bazası anlayışı (SQL, basic data structures)


✅Texniki sənədlərlə (Technical Documentation, API specs) işləmə bacarığı


✅SDLC (Software Development Life Cycle) mərhələləri barədə bilik


✅Test prosesləri (Functional testing, Regression testing, UAT) üzrə anlayış


✅Versiya nəzarət sistemləri (Git) haqqında ümumi bilik


Ümumi tələblər:


✅Product Owner və ya oxşar rolda minimum 3–5 il iş təcrübəsi


✅Agile/Scrum metodologiyaları üzrə praktiki biliklər


✅Güclü analitik düşüncə və problem həll etmə bacarıqları


✅Texniki və biznes komandaları arasında körpü rolunu oynaya bilmə


✅Azərbaycan dili – səlis, İngilis dili – orta və ya yaxşı səviyyədə


✅JIRA, Confluence və ya oxşar alətlərlə iş təcrübəsi





Təklif etdiklərimiz


Rəqabətədavamlı əməkhaqqı paketi💸


Oyun zonası daxil olmaqla rahat istirahət və əməkdaşlıq məkanları🤾‍♂️

Peşəkar inkişaf və sertifikasiya proqramları üçün maliyyə dəstəyi💰


Əhatəli tibbi sığorta paketi👩‍⚕

Müntəzəm komanda quruculuğu və korporativ tədbirlər🏆


Ayda iki əlavə istirahət günü ilə iş və şəxsi həyat balansını dəstəkləyən iş rejimi😌

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

yanvar 7, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik