"Dövlət Mülki Aviasiya Agentliyi" publik hüquqi şəxs
Ana səhifə
/
/
/
Server infrastrukturu və texniki dəstək üzrə mühəndis

Server infrastrukturu və texniki dəstək üzrə mühəndis

Bu gün

236

Təsvir

Vəzifə öhdəlikləri:

·     Microsoft Active Directory (AD) mühitində istifadəçi hesablarının yaradılması, idarə edilməsi, bloklanması və deaktiv edilməsi;

·     Microsoft Exchange Server mühitində korporativ elektron poçt qutularının yaradılması, konfiqurasiyası və idarə olunması;

·     Windows Server əsaslı infrastruktur xidmətlərinin, o cümlədən DNS və DHCP xidmətlərinin işlək vəziyyətinə nəzarət və inzibatçılıq;

·     Group Policy (GPO) vasitəsilə istifadəçi və kompüterlər üçün mərkəzləşdirilmiş siyasətlərin hazırlanması və tətbiqi;

·     Fayl serverlərində paylaşılan qovluqların yaradılması, idarə edilməsi, NTFS və Share Permissions əsasında giriş hüquqlarının tənzimlənməsi;

·     Windows Print Server mühitində şəbəkə printerlərinin quraşdırılması, konfiqurasiyası və idarə olunması;

·     Fiziki serverlərin, məlumat saxlama qurğularının və digər server avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsi;

·     HPE iLO vasitəsilə serverlərin aparat vəziyyətinin, temperatur, ventilyasiya və enerji təchizatı göstəricilərinin monitorinqi;

·     Windows əməliyyat sistemləri, domen xidmətləri, korporativ tətbiqlər və şəbəkə resursları üzrə yaranan texniki problemlərin diaqnostikası və aradan qaldırılması;

·     İstifadəçilərə ikinci səviyyəli (L2) texniki dəstəyin göstərilməsi;

·     GLPI və ya digər Help Desk sistemi vasitəsilə texniki müraciətlərin qəbul edilməsi, icrası və sənədləşdirilməsi;

·     İstifadəçi hesabları, giriş hüquqları, GPO dəyişiklikləri və server konfiqurasiyaları üzrə texniki sənədləşmənin aparılması;

·     Serverlərin və işçi stansiyaların təhlükəsizlik yeniləmələrinə, antivirus vəziyyətinə və sistem xəbərdarlıqlarına nəzarət edilməsi;

·     İnformasiya təhlükəsizliyi ilə bağlı şübhəli fəaliyyət və insidentlər aşkar edildikdə aidiyyəti struktur bölmələrin məlumatlandırılması.

Tələblər

  • Ali təhsil (kompüter mühəndisliyi, informasiya texnologiyaları və ya müvafiq sahə üzrə üstünlükdür);
  • Sistem inzibatçılığı sahəsində minimum 3 il iş təcrübəsi;
  • Windows Server əməliyyat sistemləri və Active Directory üzrə praktiki biliklər;
  • Microsoft Exchange Server, DNS, DHCP və Group Policy (GPO) üzrə bilik və təcrübə;
  • Fayl və çap serverlərinin idarə edilməsi, NTFS və Share Permissions üzrə biliklər;
  • Server avadanlıqları və HPE iLO ilə işləmək bacarığı;
  • Windows əməliyyat sistemlərində texniki nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
  • Help Desk sistemləri ilə işləmək və texniki sənədləşmə aparmaq bacarığı;
  • İnformasiya təhlükəsizliyi prinsipləri üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı;
  • Azərbaycan və İngilis dillərində şifahi və yazılı ünsiyyət bacarığı.

Vakansiya haqqında

Son tarix

December 9, 2026

Paylaşılıb

noyabr 25, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik