Marketinq koordinatoru olaraq siz Code Academy-nin marketinq kommunikasiya proseslərinin planlanması və icrasında aktiv rol alacaq, brendin inkişafına töhfə verəcək, innovativ layihələrin bir parçası olacaqsınız. Bu rol sosial media, kontent, kampaniya, tədbir və layihə kommunikasiyalarının koordinasiyasını əhatə edir və fərqli komandalarla sıx əməkdaşlıq etməyi tələb edir. Əgər ideyalarınızla təhsil sektorunda dəyər yaratmaq istəyirsinizsə, sizi Code Academy komandasına qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Sosial media strategiyasına uyğun olaraq Instagram, TikTok, Facebook, LinkedIn və digər platformalar üçün aylıq məzmun və paylaşım planlarını hazırlamaq, məzmun mətnlərini (caption) yazmaq və icrasını koordinasiya etmək;
- Şirkətin müxtəlif departamentləri ilə kommunikasiya quraraq marketinq fəaliyyətləri üçün zəruri məlumat və məzmunları toplamaq;
- Təlimlər, tədbirlər, kampaniyalar və digər layihələrlə bağlı marketinq proseslərini koordinasiya etmək;
- Video çəkilişlərinin planlaşdırılması, təşkili və koordinasiyasını təmin etmək;
- Marketinq layihələrinin və kampaniyalarının vaxtında həyata keçirilməsini izləmək;
- Brendin bütün platformalarda vahid və ardıcıl kommunikasiya dili ilə təmsil olunmasını təmin etmək;
- Sosial media və məzmun performansını izləmək, hesabat hazırlamaq və inkişaf etdirilməsi üçün təkliflər təqdim etmək;
- Trendləri, sektordakı yenilikləri və rəqiblərin kommunikasiya fəaliyyətlərini izləmək.