Code Academy
Ana səhifə
/
/
/
Proqram Məsləhətçisi

Proqram Məsləhətçisi

  • Code Academy
  • Nizami küçəsi 203B, AF Business House, 2-ci mərtəbə, Baku 1000, Azərbaycan
  • Tam ştat

14-11-2024

2.2K

Təsvir

Code Academy həm dövlət, həm də özəl sektorlar üçün yüksək səviyyəli insan resursları yaratmaq missiyası ilə İT-əsaslı təhsil bazarında oyun dəyişdiricidir. Biz yüksək keyfiyyətli texnoloji/İT təhsili təqdim edirik və davamlı inkişaf, innovasiya və inklüzivliyə sadiqik. Hazırda müxtəlif bölgələrdə 1400-dən çox tələbəni gücləndirməyə həsr olunmuş 150-dən çox peşəkardan ibarət komandamız var. Biz Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuşuq və Bakı, Sumqayıt, Lənkəran və Gəncə də daxil olmaqla bir çox regionlarda təhsil veririk.


İşin təsviri:


Proqram Məsləhətçisi olaraq siz, Code Academy-də təhsil almaq istəyən namizədlərin qəbulu və qeydiyyatı kimi vacib proseslərdən cavabdeh olacaqsınız. Komandamızın ayrılmaz bir üzvü kimi siz, akademiyamıza müraciət edən namizədlərlə ilk əlaqədar şəxs olacaq, tədris ehtiyaclarını başa düşmək və düzgün tədris proqramını seçmək üçün onlara istiqamət verəcəksiniz.


Təhsil almaq istəyən namizədlərin gələcək hədəflərinə çatmasına dəstək olmaq, həmçinin İT və təhsil sahəsində peşəkar inkişaf etməyi hədəfləyirsinizsə bu vakansiyaya müraciət edə bilərsiniz.


Əsas vəzifə öhdəlikləri:


  • Code Academy-də tədrislə maraqlanan və tələbə olmaq istəyən namizədlərlə və ya onların valideynləri ilə görüşlər keçirmək;
  • Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək;
  • Namizədləri Akademiyada tədris şərtləri ilə tanış etmək və şərtlərlə bağlı dəyişiklik zamanı onlara məlumat vermək;
  • Namizədin tədrisə qeydiyyat prosesini icra etmək;
  • Namizədlərin xitam proseslərini icra etmək; 
  • Müqavilələr və xitamlar barədə gündəlik və aylıq hesabatlar hazırlayıb təqdim etmək;

Tələblər

Təhsil & Təcrübə:


  • Beynəlxalq münasibətlər, Marketinq, Psixologiya və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
  • Satış üzrə ən azı 3 il iş təcrübəsi;
  • Seminar, vebinar, workshop və bu kimi digər sosial tədbirlərin təşkilatçılığı ilə bağlı təcrübə;
  • Müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlük kimi qiymətləndirilir.


Texniki Biliklər:


  • Sahə üzrə nəzəri və praktiki biliklərə sahib olmaq və bu bilikləri effektiv şəkildə istifadə etmək;
  • Sahə ilə bağlı müxtəlif rəqəmsal alətlərdən və proqram təminatından səlis istifadə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; Rus, Türk və İngilis dillərində işgüzar ünsiyyət qabiliyyəti.


Bacarıq və Səriştələr:


  • Yükək səviyyədə təqdimat və ünsiyyət bacarığı;
  • Müştəri yönümlü yanaşma;
  • Müxtəlif auditoriyalar ilə fikir mübadiləsi və müzakirələr zamanı inandırma bacarığı;
  • Emosional zəka və özünüdərk;
  • Motivasiya etmə bacarığı.


Peşəkar Keyfiyyətlər və Dəyərlər:


  • Yeni ideyalar irəli sürmək və innovativ həllər təklif etmək;
  • İşlərin icrasında yüksək dəqiqlik və şəffaflıq nümayiş etdirmək;
  • Həvəslə və peşəkarlıqla işə yanaşmaq;
  • Məxfi məlumatların qorunmasını təmin və təşviq etmək.

Vakansiya haqqında

Son tarix

dekabr 19, 2024

Paylaşılıb

noyabr 14, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri