CÜZDAN MMC
Ana səhifə
/
/
/
Maliyyə və insan resurslarının idarə edilməsi şöbəsinin müdiri

Maliyyə və insan resurslarının idarə edilməsi şöbəsinin müdiri

  • CÜZDAN MMC
  • SAT Plaza, 133 Bashir Safar-Oghlu St, Baku 1009, Azərbaycan
  • Tam ştat

Bu gün

91

Təsvir

  • Şöbəyə ümumi rəhbərliyin həyata keçirilməsi;
  • Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarətin həyata keçirilməsi;
  • Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əməkhaqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
  • İnzibati təsərrüfat və digər xərclərin, debitor borcların, çatışmazlıqların və digər hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsi;
  • DSMF, vergi, statistika üzrə müvafiq hesabatların vaxtında tərtib və təqdim edilməsi;
  • “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nda nəzərdə tutulmuş prudensial hesabatların aylıq və rüblük əsasda Mərkəzi Banka təqdim olunması;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, vəzifə dəyişikliyinin aparılması, mükafatlandırılma, məzuniyyət, ezamiyyətə göndərilməsi ilə bağlı bütün prosedurların yerinə yetirilməsi;
  • İşçilərin şəxsi işlərinin qanunvericiliyə uyğun formalaşdırılması və qeydiyyatının aparılması;
  • E-Gov hökümət portalı və ƏMAS altsistemi ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
  • Vakansiyalar ilə bağlı iş elanlarını hazırlayıb yerləşdirmək, CV-ləri təhlil etmək, ilkin müsahibəni təşkil etmək, vakansiyalara uyğun namizədlərin seçilməsi;
  • İşçilərin davamiyyətinə və iş qrafiklərinə nəzarət edilməsi;
  • Arayış, xasiyyətnamə və digər sənədlərin hazırlanması;
  • İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazasını daim yenilənmiş vəziyyətdə saxlanılması.

Tələblər

  • Mühasibat uçotu və audit, İqtisadiyyat, Menecment və Maliyyə ixtisasları üzrə ali təhsil (MBA və ya daha yuxarı dərəcəyə üstünlük verilir);
  • Maliyyə və mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi (3 il müvafiq sahədə rəhbər vəzifədə iş təcrübəsi);
  • Vergi Məcəlləsini və Vergi qanunvericiliyini yüksək səviyyədə bilməli;
  • 1C proqramında və MS Office proqramlarında işləmə bacarığı (Excel proqramını yüksək səviyyədə bilməli);
  • İnsan resursları sahəsində ən azı 1 il iş təcrübəsi;
  • AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilmək;
  • ƏMAS sistemi ilə sərbəst şəkildə işləmək bacarığı;
  • Azərbaycan dilində sərbəst danışmaq;
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • Analitik düşünmə, analiz etmə, operativlik;
  • Strateji yanaşma və rəhbərlik etmə qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

January 28, 2026

Paylaşılıb

dekabr 29, 2025

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Rəhbər

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə