DataLead MMC
Ana səhifə
/
/
/
İT Sistemləri və İstifadəçi Dəstəyi üzrə Mütəxəssis

İT Sistemləri və İstifadəçi Dəstəyi üzrə Mütəxəssis

  • DataLead MMC
  • Bakı şəhəri (müştəri ofisində tam ştat əsaslı fəaliyyət)
  • Tam ştat

Bu gün

12

Təsvir

İstifadəçi dəstəyi

  • İstifadəçilərdən daxil olan texniki müraciətlərin qəbul edilməsi və operativ həlli
  • Kompüter, noutbuk və digər iş stansiyalarında yaranan problemlərin diaqnostikası və aradan qaldırılması
  • Microsoft Office, Outlook və digər gündəlik istifadə olunan proqram təminatları üzrə dəstəyin göstərilməsi
  • Elektron poçt, VPN və uzaqdan qoşulma problemlərinin həlli
  • Yeni əməkdaşların iş mühitinin hazırlanması və texniki təminatı


İş stansiyaları və ofis avadanlıqları

  • Kompüter və noutbukların quraşdırılması və sazlanması
  • Əməliyyat sistemlərinin və proqram təminatlarının quraşdırılması
  • Printer, skaner, monitor və digər periferiya avadanlıqlarının quraşdırılması və dəstəyi
  • İP telefonların quraşdırılması və istifadəçilərə təqdim edilməsi
  • Avadanlıq inventarının aparılması və yenilənməsi


Korporativ sistemlər üzrə dəstək

  • Elektron Sənəd Dövriyyəsi və digər korporativ sistemlər üzrə istifadəçi dəstəyinin göstərilməsi
  • Elektron imza və VPN proqramlarının quraşdırılması
  • İstifadəçi hesablarının yaradılması, deaktiv edilməsi və idarə olunması
  • İstifadəçilərin sistemlərdən düzgün istifadəsi ilə bağlı məlumatlandırılması
  • Daxili informasiya sistemləri üzrə ilkin texniki dəstəyin göstərilməsi


Tabeli qurumlar və uzaqdan dəstək

  • Müxtəlif qurumlardan daxil olan texniki müraciətlərin emalı
  • RustDesk, AnyDesk və digər alətlər vasitəsilə uzaqdan dəstəyin göstərilməsi
  • Zəruri hallarda yerində texniki baxış və dəstək işlərinin həyata keçirilməsi

Görülən işlərin qeydiyyatı və sənədləşdirilməsi


İnfrastrukturun gündəlik müşayiəti

  • Server və şəbəkə xidmətləri üzrə ilkin monitorinq
  • Monitorinq sistemlərindən daxil olan xəbərdarlıqların izlənməsi
  • Backup proseslərinin nəticələrinin yoxlanılması
  • Kamera, girişə nəzarət və telefoniya sistemləri üzrə ilkin dəstək
  • Texniki problemlərin aidiyyəti üzrə eskalasiyası

Tələblər

  • İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə ali təhsil
  • İT dəstək və ya sistem inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi
  • Windows 10/11 əməliyyat sistemləri üzrə yaxşı biliklər
  • Microsoft Office və Outlook proqramları ilə iş təcrübəsi
  • Active Directory, DNS, DHCP və TCP/IP üzrə baza biliklər
  • Printer, skaner və digər ofis avadanlıqları ilə işləmək bacarığı
  • Problemlərin diaqnostikası və operativ həlli bacarığı
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı
  • Məsuliyyətli, operativ və nəticəyönümlü yanaşma


Üstünlük hesab olunur:

  • VMware və ya Hyper-V üzrə biliklər
  • Zabbix və ya digər monitorinq sistemləri ilə iş təcrübəsi
  • VPN texnologiyaları üzrə təcrübə
  • Windows Server mühitində iş təcrübəsi
  • Veeam Backup və ya digər backup həlləri ilə tanışlıq
  • 3CX və ya digər IP telefoniya sistemləri üzrə biliklər


Təklif edirik:

  • Dövlət və korporativ layihələrdə iştirak imkanı
  • Peşəkar və inkişafyönümlü komanda mühiti
  • Real layihələr üzərində təcrübə qazanmaq imkanı
  • Peşəkar inkişaf və təlim imkanları
  • Rəqabətli əməkhaqqı və motivasiya paketi

Vakansiya haqqında

Son tarix

July 10, 2026

Paylaşılıb

iyun 10, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər