DataLead MMC
Ana səhifə
/
/
/
Junior BI Developer / Data Analyst

Junior BI Developer / Data Analyst

  • DataLead MMC
  • 55 Xocalı prospekti, Bakı, Azerbaijan
  • Tam ştat

Bu gün

50

Təsvir

DataLead Consulting komandamıza məlumatların təhlili və Business Intelligence (BI) istiqamətində inkişaf etmək istəyən Junior BI Developer / Data Analyst axtarır.


Əsas vəzifə öhdəlikləri:

  • Məlumatların toplanması, təmizlənməsi və təhlilində iştirak etmək;
  • BI hesabatlarının və interaktiv dashboardların hazırlanmasına dəstək vermək;
  • SQL sorğularının yazılması və optimallaşdırılmasında iştirak etmək;
  • Məlumat mənbələrinin inteqrasiyası və transformasiyası proseslərində iştirak etmək;
  • Biznes tələblərinin analitik həllərə çevrilməsində komandaya dəstək göstərmək;
  • Yeni analitika və vizuallaşdırma texnologiyalarını mənimsəmək.


Biz nə təklif edirik?

  • Təcrübəli mütəxəssislərin mentorluğu ilə peşəkar inkişaf;
  • Müasir BI və Data Analytics texnologiyalarını praktiki öyrənmək imkanı;
  • Real korporativ layihələrdə iştirak;
  • Beynəlxalq texnologiyalar və platformalar üzrə ixtisaslaşma perspektivi;
  • Peşəkar və inkişaf yönümlü komanda mühiti;
  • Karyera yüksəlişi imkanları.

Tələblər

Namizədə tələblər:

  • İnformasiya texnologiyaları, kompüter elmləri, riyaziyyat və ya əlaqəli sahələr üzrə ali təhsil (son kurs tələbələri də müraciət edə bilərlər);
  • SQL üzrə ilkin biliklər (SELECT, JOIN, GROUP BY və s.);
  • Verilənlər bazaları və məlumatların strukturu haqqında baza anlayışları;
  • Microsoft Excel ilə işləmə bacarığı;
  • Məlumatların təhlili və vizuallaşdırılmasına maraq;
  • Analitik və məntiqi düşünmə qabiliyyəti;
  • Yeni texnologiyaları öyrənmək və müstəqil araşdırma aparmaq bacarığı;
  • İngilis dilində texniki sənədləri oxuyub anlamaq bacarığı;
  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarıqları.


Üstünlük hesab olunacaq:

  • Power BI, Tableau və ya digər BI platformaları ilə ilkin tanışlıq;
  • Python üzrə baza biliklər;
  • ETL/ELT prosesləri haqqında ilkin anlayış;
  • Data Warehouse və Data Modeling konsepsiyaları ilə tanışlıq;
  • Şəxsi layihələr, universitet layihələri və ya GitHub portfeli.

Vakansiya haqqında

Son tarix

November 13, 2026

Paylaşılıb

oktyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik