
Bu gün
68
DataLead Consulting mövcud müştəri portfelinin idarə olunması və inkişaf etdirilməsi, eyni zamanda data management, analitika və süni intellekt istiqamətlərində yeni müştərilərin cəlb edilməsi üçün Sales & Account Manager axtarır.
Biz kommersiya düşüncəsinə sahib, müştərilərlə etibarlı və uzunmüddətli münasibətlər qura bilən, onların biznes ehtiyaclarını anlayaraq satış imkanlarına çevirə bilən peşəkar axtarırıq.
Əsas vəzifələr
Texniki komandanın dəstəyi
Müştərilərlə iş prosesində namizəd DataLead-in texniki ekspertləri, konsultantları və məhsul mütəxəssisləri tərəfindən dəstəklənəcək.
Sales & Account Manager-in əsas fokusu isə müştəri münasibətlərinin idarə olunması, kommersiya fəaliyyətinin koordinasiyası, mövcud hesabların inkişaf etdirilməsi və yeni biznes imkanlarının yaradılması olacaq.
Dərin texniki bilik əsas tələb deyil. Bizim üçün daha vacib olan kommersiya düşüncəsi, güclü ünsiyyət bacarıqları və texniki ekspert komandası ilə effektiv işləyə bilməkdir.
DataLead-də sizi nə gözləyir?
Data və süni intellekt texnologiyalarının bizneslərdə tətbiqinin sürətlə dəyişdiyi bir dövrdə müxtəlif və maraqlı layihələr üzərində işləmək imkanı.
DataLead-də siz texniki ekspertlərimiz, müştərilərimiz və texnologiya tərəfdaşlarımızla birlikdə işləyərək peşəkar şəbəkənizi genişləndirəcək, real biznes use-case-lərini yaxından görəcək və yeni texnologiyaların praktiki biznes həllərinə necə çevrildiyini öyrənəcəksiniz.
Biz maraqlı, nəticəyönümlü, insanlarla işləməyi sevən və kommersiya baxımından inkişaf etmək istəyən namizədləri komandamıza dəvət edirik.
Son tarix
November 6, 2026
Paylaşılıb
oktyabr 7, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr

2GİS ● Bakı, Azərbaycan
02-10-2026
437

City Finance ● Bakı, Azərbaycan
31-08-2026
3.5K

Qalan AZ ● Bakı, Azərbaycan
03-10-2026
426

Kontakt Home ● Quba, Azərbaycan
Bu gün
63

Silk Row Travel ● Şərur, Azərbaycan
Bu gün
69