Digital Umbrella

Data Mühəndisi

03-03-2025

613

Təsvir

  • Məlumat emalı sistemlərinin təkmilləşdirilməsi və işinə nəzarət
  • Effektiv və miqyaslana bilən məlumat pipeline-larının qurulması və optimallaşdırılması
  • Məlumat keyfiyyətinin və bütövlüyünün təmin edilməsi
  • Mürəkkəb Data Mart-ların hazırlanması və kompleks sorğuların yazılması
  • Digər struktur bölmə əməkdaşları əməkdaşlıq edərək məlumatların təhlil üçün hazır olmasını təmin etmək
  • Məlumat emalı sistemlərinin performansının davamlı monitorinqi və proseslərin optimallaşdırılması üçün təkliflərin verilməsi
  • Məlumat təhlükəsizliyi siyasətlərinin tətbiqi və uyğunluğun təmin edilməsi
  • Məlumatlar və onların emal prosesləri ilə bağlı mürəkkəb problemlərin həlli


Təklif edirik

  • Rəqabətli əmək haqqı
  • Rahat və işıqlı, dəniz mənzərəli ofis
  • Şirkət tərəfindən təmin edilən nahar
  • İş saatlarını seçmək imkanı
  • Cümə günləri məsafədən işləmək imkanı
  • Ödənişsiz parking yerləri
  • Tibbi sığorta



Tələblər

  • Kompüter Elmləri, İnformasiya Sistemləri və ya oxşar sahədə bakalavr dərəcəsi
  • Data Mühəndisliyi sahəsində 1 ildən artıq iş təcrübəsi 
  • Linux əməliyyat sistemi və shell üzrə bilik və təcrübə
  • Mürəkkəb SQL sorğuların tərtib olunması üzrə bilik və təcrübə
  • Relasional verilənlər bazaları ilə geniş iş təcrübəsi
  • Hadoop, Spark və digər məlumat saxlanması və emalı alətləri ilə iş təcrübəsinə üstünlük verilir
  • Python, Java və ya Scala kimi proqramlaşdırma dilləri üzrə bilik və təcrübə
  • Məlumat pipeline-ları və iş axını idarəetmə alətləri ilə təcrübə
  • Apache Airflow-da praktik təcrübə
  • Apache Nifi ilə tanışlıq
  • PostreSQL və MS SQL Server VBİS-ləri ilə iş təcrübəsi. Digər verilənlər bazaları üzrə biliklər əlavə üstünlükdür
  • Məlumat anbarları və ETL prosesləri haqqında geniş anlayış
  • Yaxşı problem həll etmə və ünsiyyət bacarıqları


Vakansiya haqqında

Son tarix

April 12, 2025

Paylaşılıb

mart 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik