Div Academy
Ana səhifə
/
/
/
Satış üzrə mütəxəssis

Satış üzrə mütəxəssis

Bu gün

23

Hibrid

Təsvir


İş barədə məlumat

  • Potensial müştərilərin müəyyənləşdirilməsi və yeni müştərilərin cəlb edilməsi;
  • Müştərilərlə ilkin əlaqənin yaradılması, ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun xidmətlərin təqdim edilməsi;
  • Gələn müraciətlərin operativ şəkildə cavablandırılması və satış prosesinin sonadək idarə olunması;
  • Müştərilərə məhsul və xidmətlər haqqında ətraflı məlumat vermək;
  • Görüşlərin və satış danışıqlarının aparılması;
  • Müştəri etirazlarının və suallarının peşəkar şəkildə cavablandırılması;
  • Satış planlarının yerinə yetirilməsi və müəyyən edilmiş KPI-lara çatmaq;
  • Mövcud müştərilərlə əlaqələrin qorunması və uzunmüddətli əməkdaşlığın qurulması;
  • Satış nəticələri üzrə hesabatların hazırlanması və CRM sistemində məlumatların mütəmadi yenilənməsi.\


Şərtlər

  • İş qrafiki: 6 iş günü, 10:00–19:00;
  • İş rejimi: Hibrid, həftədə 3 gün ofis, 3 gün remote (uzaqdan)
  • Əmək haqqı: fix + bonus sistemi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Dinamik və inkişaf yönümlü iş mühiti;
  • Karyera inkişafı üçün imkanlar.



Tələblər

Namizədə dair tələblər

  • Satış sahəsində minimum 3 il iş təcrübəsi;
  • Təlim və ya təhsil xidmətlərinin satışı üzrə təcrübə üstünlükdür;
  • Güclü kommunikasiya və təqdimat bacarığı;
  • Müştəriyönümlü yanaşa və yüksək inandırma qabiliyyəti;
  • Etirazlarla işləmək və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlü və məsuliyyətli olmaq;
  • Stressə davamlılıq və çevik qərarvermə bacarığı;
  • MS Office proqramlarından istifadə bacarığı;
  • Azərbaycan dilində səlis nitq, rus və ingilis dili bilikləri üstünlükdür.


Vakansiya haqqında

Son tarix

September 20, 2026

Paylaşılıb

avqust 21, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Kateqoriya

Satış və müştəri xidmətləri