Embawood MMC
Ana səhifə
/
/
/
Təchizat üzrə mütəxəssis

Təchizat üzrə mütəxəssis

Dünən

181

Təsvir

Tələb olunan malların və xidmətlərin alışı istiqamətində tədarükçülərlə danışıqlar aparmaq, sorğular göndərmək və əlverişli qiymət təkliflərinin əldə olunmasını təmin etmək;

Bazar araşdırması aparmaq və potensial təchizatçıları tapmaq;

Bazar araşdırması və tələbnamələrin icra vəziyyəti barədə rəhbərliyə hesabatlar təqdim etmək;

Yerli və xarici bazarın monitorinqini aparmaq;

Şirkət üçün əhəmiyyət kəsb edən malların xarici dövlətlərdəki istehsalçılarının tapılması istiqamətində fəaliyyət göstərmək;

Tələb olunan mal - material və xidmətlərin prosedura əsaslanaraq vaxtında çatdırmaq;

Bazar araşdırması nəticəsində alınmış qiymət təkliflərinin xüsusi təklif qiymətləndirmə formasına yığmaq və rəhbərliyə təqdim etmək;

Malların çatdırılması prosesini və ödənişlərinin həyata keçirilməsini təşkil etmək;

Beynəlxalq təchizatçılardan alınmış malların çatdırılmasını və gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədlərin təqdim edilməsini təşkil etmək;

Tenderləri təşkil etmək

iş qrafiki-09:00 – 18:00

Bakı, Azərbaycan

Tələblər

Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi

Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı

Rus və ingilis dillərini sərbəst danışıq və yazı səviyyəsində bilməli;

Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;

Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);

Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;

Vakansiya haqqında

Son tarix

August 12, 2025

Paylaşılıb

iyul 3, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər