Expressbank ASC
Ana səhifə
/
/
/
Daxili Nəzarət Departamenti/ Məhkəmə və İcra işlərinə nəzarət şöbəsi/ aparıcı hüquqşünas

Daxili Nəzarət Departamenti/ Məhkəmə və İcra işlərinə nəzarət şöbəsi/ aparıcı hüquqşünas

Bu gün

20

Təsvir

• Kommersiya, inzibati və ümumi yurisdiksiya məhkəmələrinə, Bankın adından pretenziya və iddialar, pretenziyalara cavablarının və iddialara etirazların hazırlanması;

• Kommersiya, inzibati və ümumi yurisdiksiya məhkəmələrində Bankın maraqlarının qorunması məqsədi ilə nümayəndəliyin təmin edilməsi;

• Pretenziyaların, iddiaların, pretenziyalara cavabların, iddialara etirazların, pretenziya və iddialarla bağlı sənədlərin uçotunun təşkil edilməsi;

• İddia tələbi ilə bağlı sənədlərin, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması, bütün məhkəmə instansiyalarında Bankın təmsil edilməsi;

• Qanuni qüvvəsini almış məhkəmə aktlarının uçotunun aparılması, məhkəmə və icra prosesinin hansı mərhələdə olması barədə məlumatları Bankın məhkəmə və icra işlərinə nəzarət şöbəsinin əməkdaşları üçün nəzərdə tutulmuş müvafıq təqib proqramında qeyd olunması (proqrama işlənilməsi);

• İcra məmurları tərəfindən məhkəmə aktlarının icrası üzrə tədbirlərin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinə nəzarət;

• Verilmiş icra vərəqələri üzrə icra məmurları tərəfindən icraata başlamaq haqqında qərarların vaxtında qəbul edilməsinə və verilmiş könüllü icra müddətində borcun ödənilməsinə nəzarət;

• Borclunun ümumi əmlak vəziyyətinin və gəlir mənbələrinin araşdırılması məqsədilə, Bankdaxili qaydalarla müəyyən edilmiş müddətlərdə aidiyyəti orqanlara sorğuların göndərilməsi və həmin sorğuların qanunla müəyyən edilmiş müddətlərdə cavablandırılmasına nəzarət:

• Tələbin borclu şəxslərin aşkar edilmiş əmlaklarına və gəlirlərinə yönəldilməsi məqsədilə zəruri sənədlərin hazırlanması və icra məmuruna təqdim edilməsi;

• Məhkəmə və icra mərhələsində tam icra edilmiş borc öhdəlikləri üzrə işin məhkəmədən geri götürülməsi/icraata xitam verilməsi baradə məktubların hazırlanması, bankdaxili sənədlərlə nəzərdə tutulmuş qaydada razılaşdırılması və aidiyyəti məhkəmə və icra orqanlarına göndərilməsi.

Tələblər

• Ali hüquqi təhsil;

• Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

• Microsoft Word, və Excel proqramları ilə işləmək bacarığı;

Vakansiya haqqında

Son tarix

November 13, 2026

Paylaşılıb

oktyabr 14, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Hüquq

İmtiyazlar

  • Tibbi sığorta paketi;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;