Şöbənin fəaliyyəti ilə bağlı olan bankdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
Hüquqi ekspertiza üçün daxil olan normativ sənədlərin layihələrinə rəy verilməsi, qüvvəsini itirənlərin ləğv edilməsi, qüvvədə olanlara dəyişikliklər edilməsi barədə təkliflərin verilməsi;
Kredit, depozit və digər bank əməliyyatlarının hüquqi aspektlərini araşdırılması, bankın birjalarda, broker təşkilatları, sığorta və maliyyə qurumları ilə qarşılıqlı münasibətlərinin qurulması, təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsi ilə bağlı məsələlərə baxılması və rəy verilməsi;
Bankın yeni filial, şöbə və nümayəndəliklərinin açılması və onların bağlanması ilə əlaqədar hüquqi sənədlərin hazırlanmasının təmin edilməsi və Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanına təqdim edilməsi;
Bankın filialları tərəfindən təqdim olunan kredit və ipoteka müqavilələrinin, həmçinin onlara edilən əlavə və dəyişikliklərin hüquqi cəhətdən yoxlanılmasına nəzarət edilməsi və yekun hüquqi rəyin verilməsi;
Bank fəaliyyəti ilə bağlı qanunvericilikdə baş verən dəyişikliklərə dair Bankın struktur bölmələrinin məlumatlandırılması və bu dəyişikliklərin əsas mahiyyətini izah edilməsi.
Tələblər
Ali hüquqi təhsil;
Analoji sahədə ən azı 5 il iş təcrübəsi (idarəçilik təcrübəsi olanlara üstünlük verilir);
Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi arzuolunandır;
MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək;
Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
İnnovativ və strateji düşünmə bacarığı;
Liderlik bacarıqları.
Vakansiya haqqında
Son tarix
November 12, 2025
Paylaşılıb
oktyabr 14, 2025
Vakansiya növü
Tam ştat
Təcrübə
5-8 il
Vəzifə dərəcəsi
Rəhbər
Təhsil
Bakalavr
Kateqoriya
Hüquq
İmtiyazlar
Bizim üstünlüklərimiz: Tibbi sığorta; Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər; Professional və maddi inkişaf perspektivləri; Peşəkar korporativ mühitdə işləmək imkanı.