Mobil və internet bankçılıq məhsulları və xidmətləri üzrə biznes tələblərini müəyyənləşdirilməsi, toplanması, təhlil edilməsi və sənədləşdirilməsi;
Biznes və texniki komandalar arasında əlaqələndirici rolun yerinə yetirilməsi, biznes tələblərin texniki komandaya düzgün çatdırılması;
Mobil və internet bankçılıq sistemlərinin və biznes proseslərin təhlili, təkmilləşdirmə imkanlarının müəyyənləşdirilməsi və uyğun həllər təklif edilməsi;
Developerlərlə əməkdaşlıq edərək mobil və internet bankçılıq sistemlərinin dizaynı və modifikasiyası üzrə tələblərin izahına və implementasiyasına dəstək;
Texniki sənədlərin, funksional spesifikasiyaların və istifadəçi təlimatlarının hazırlanması;
Test mərhələlərində iştirak, test ssenarilərinin hazırlanmasına dəstək və hazırlanmış həllərin biznes tələblərinə uyğunluğunun yoxlanması;
API-lərin biznes və funksional tələblərinin təhlil edilməsi, API sənədləşdirilməsinin təmin edilməsi;
Mobil və internet bankçılıq layihələri üzrə sənədləşmənin Confluence-da aparılması və sənədlərin aktual saxlanılmasını təmin edilməsi.
Tələblər
Biznes analitikası, sistem analizi və ya əlaqəli sahələrdə minimum 4 il iş təcrübəsi;
İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahələrdə ali təhsil;
Güclü analitik düşünmə və problem həll etmə bacarıqları;
Biznes proseslərinin təhlili, optimallaşdırılması və sənədləşdirilməsi üzrə təcrübə;
Biznes analizi və proses modelləşdirmə vasitələrindən (Visio, Draw.io, UML, BPMN, Activity Diagram) istifadə bacarığı;
SOAP və Postman üzrə praktiki biliklər;
Yaxşı kommunikasiya və təqdimat bacarıqları;
JIRA, Confluence və digər İT layihə idarəetmə və əməkdaşlıq vasitələri ilə işləmə təcrübəsi arzuolunandır;
Azərbaycan dili – yüksək səviyyədə; ingilis və rus dilləri – yaxşı səviyyədə;
Bank sektorunda iş təcrübəsi üstünlükdür.
Vakansiya haqqında
Son tarix
November 13, 2026
Paylaşılıb
oktyabr 14, 2026
Vakansiya növü
Tam ştat
Təcrübə
3-4 il
Vəzifə dərəcəsi
Mütəxəssis
Təhsil
Bakalavr
Kateqoriya
Elm, Texnologiya və Mühəndislik
İmtiyazlar
Peşəkar korporativ mühitdə işləmək imkanı
Professional və maddi inkişaf perspektivləri
Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;