Expressbank ASC
Ana səhifə
/
/
/
Risklərin idarə edilməsi departamenti/Kredit və bazar risklərinin təhlili şöbəsi- Mütəxəssis/Aparıcı mütəxəssis/Böyük mütəxəssis

Risklərin idarə edilməsi departamenti/Kredit və bazar risklərinin təhlili şöbəsi- Mütəxəssis/Aparıcı mütəxəssis/Böyük mütəxəssis

29-05-2025

149

Təsvir

  • Kredit portfelin müəyyən edilmiş risk indikatorları, məhsul, sektor və digər göstəricilər üzrə müxtəlif prizmalardan təhlillərin edilməsi;
  • Mümkün risklərin stress test, ssenari təhlilləri və sensitivlik təhlilləri üzərindən qiymətləndirilməsi və bankın kapitalının dayanıqlığının təmin edilməsi üçün təkliflər və fəaliyyət planlarının hazırlanması. (Vintaj, Roll-Rate/Migrasiyası və s.)
  • Bankın əsas risk göstəricilərinin izlənməsi və portfelin idarə edilməsini risk iştahası çərçivəsinə uyğunluğu təmin etməklə kommunikasiyaların qurulması və Bankın risk iştahasına uyğun gəlməyən risklərin müəyyənləşdirilməsi və fəaliyyət planlarının hazırlanması;
  • Kredit risklərinin təhlili üzrə qaydalar, həmçinin onlara əlavə və dəyişikliklərin hazırlanması ilə bağlı təklif verir və bu prosesdə iştirak edir;
  • IFRS 9-a uyğun olaraq, aktivlər üzrə ehtiyatların yaradılması üçün kənar audit şirkətinə məlumatların hazırlanması və təqdim edilməsi;
  • Bankın aktivlər üzrə prudensial ehtiyatların yaradılması, nəzarəti və dəyişikliklərini proqnozlaşdırır;
  • Daxili risk reytinq (scoring) sisteminin dövri əsk-yoxlamalar aparmaqla davamlı inkişaf etdirilməsi təmin etmək;

Tələblər

  • Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
  • Kredit risklərinin idarə edilməsi sahəsi üzrə təcrübə (Mütəxəssis üzrə min. 1 il / Aparıcı mütəxəssis üzrə min. 2 il / Baş mütəxəssis üzrə min. 3 il);
  • Mərkəzi Bankın normativ xarakterli qaydaları və bank məhsulları üzrə biliklərin yaxşı səviyyədə olması;
  • Microsoft office proqramları və Oracle SQL proqlamlaşdırma dili üzrə işləmək bacarığı;
  • FRM, CFA və ACCA sertifikatlarının olması müsbət qarşılanır;
  • Azərbaycan dili səlis, ingilis dili arzu olunandır;
  • Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
  • Məsuliyyətlilik və dəqiqlik;
  • Təhlil, qərarvermə və ünsiyyət bacarıqları.

Vakansiya haqqında

Son tarix

June 25, 2025

Paylaşılıb

may 29, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri
  • Peşəkar korporativ mühitdə işləmək imkanı