
Bu gün
503
Çağrı mərkəzi üzrə kiçik mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Çağrı mərkəzi bölməsində Çağrı mərkəzi üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
· Ali təhsil
· 21-29 yaş aralığında gənclər
· Səlis azərbaycan və rus dili biliyi
· Aydın və səlis nitq qabiliyyəti
· Çevik qərarvermə və problem həlletmə
· Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
Çağrı mərkəzi üzrə kiçik mütəxəssis nə iş görür?
· Daxil olan zənglərin düzgün şəkildə cavablandırılması;
· Daxil olan zənglər üzrə sorğuların qeydə alınması;
· Xidmətlər haqqında dolğun və dəqiq məlumatlar vermək;
· Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
· Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
· Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.
Əlavə məlumat
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Çağrı mərkəzi üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son tarix
December 11, 2026
Paylaşılıb
noyabr 11, 2026
Vakansiya növü
Tam ştat

2GİS ● Bakı, Azərbaycan
13-10-2026
2.6K
Zeytun Pharmaceuticals MMC ● Bakı, Azərbaycan
06-11-2026
2.1K

2GİS ● Bakı, Azərbaycan
28-10-2026
1.9K

Ferrum Kapital ● Bakı, Azərbaycan
06-11-2026
1.1K