
Mühasib (Təcrübəçi)
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Kapital Mühasib (Təcrübəçi) vakansiyasını elan edir.
Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
· Maliyyə, mühasibat uçotu və ya audit sahəsində təhsil almış yeni məzunlar və ya magistratura pilləsinin tələbəsi olmalı
· Əla səviyyədə Azərbaycan dili
· 1C proqramından istifadə bacarığı arzuolunandır
· MS Office proqramları üzrə biliklər (xüsusilə Excel)
· Yaxşı səviyyədə riyazi biliklər və analitik qabiliyyət
· Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
Mühasib (Təcrübəçi) nə işlər görür?
· Gündəlik və aylıq hesabatların tərtib edilməsi
· Online kargüzarlıqla bağlı əməliyyatların icra edilməsi
· Excel proqramında funksiyalar və cədvəllər vasitəsilə analizlərin aparılması
Əlavə məlumat
· 5 günlük iş qrafiki: 09:00 – 18:00
· Əmək haqqı: Gross 400 AZN
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Mühasib (Təcrübəçi)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Son tarix
December 2, 2026
Paylaşılıb
noyabr 2, 2026
Vakansiya növü
Tam ştat
Ceta Project Logistics ● Bakı, Azərbaycan
21-10-2026
394

Ferrum Kapital ● Bakı, Azərbaycan
09-10-2026
2.2K

Qalan AZ ● Bakı, Azərbaycan
23-10-2026
2.3K

Unibank Kommersiya Bankı ● Bakı, Azərbaycan
Bu gün
66